b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_tualet.jpg

Almaniyanın paytaxtı Berlində qadın və kişi tualetlərinin birləşdirilməsinə qərar verilib.

Missiya.Az xəbər verir ki, ölkə rəsmiləri gender bərabərliyinin təmin edilməsi və cinsiyət fərqinin aradan qaldırılması üçün bu addımın atıldığını bildiriblər.

Berlin əyaləti ədliyyə senatoru Dirk Berendt ayaqyolunun birləşdirilməsinə inzibati idarələrdə başlayacaqlarını deyib. Berendt bildirib ki, ədliyyə senatorunun vəzifələrindən biri də gender bərabərliyini təmin etməkdir.

"Bizim işimiz gündəlik maneələri aradan qaldırmaqdır. Həyata keçirdiyimiz bu layihədə gender bərabərliyindəki böyük maneələrdən biri aradan qaldırılmış olacaq."

Senator, cinsiyyət ayrı-seçkiliyindən uzaq tualetlərin az vaxt ərzində Berlində rəğbətlə qarşılanacağını iddia edib və bir çox dövlət qurumunda bu yöndə addımlar atıldığını deyib. Berendt, xüsusilə məhkəmələr, məktəblər, polis idarələri, məşğulluq mərkəzləri, yanğından mühafizə və maliyyə idarələri kimi 20-yə yaxın müəssisədə bunun tətbiq ediləcəyini qeyd edib.  

2014-cü ildə Konsanlar partiyasının "tualetlərdə cinsiyyət ayrı-seçkiliyi aradan qaldırılsın" təklifi o dövrün inteqrasiya naziri Dilək Kolat tərəfindən dayandırılmışdı. 2015-ci ildə isə bütün siyasi partiyalar bunun mükün olub-olmadığını yoxlamaq üçün pilot bina seçilməsinə qərar vermiş və təklif qismən həyata keçirilməyə başlamışdı. 

27 İyul 2017 Paytaxtda istilik 40 dərəcəyə çatacaq
26 İyul 2017 Ailədaxili konfliktlərin səbəbləri - VİDEO
25 İyul 2017 Məcburi köçkün olan müəllimi didərgin salıblar - Sumqayıtda
24 İyul 2017 Bakıda külək davam edəcək
24 İyul 2017 Jurnalistlərin ev məsələsi
23 İyul 2017 Yetim Eyvaz vəfat etdi
21 İyul 2017 10 min elektron kitabın təqdimatı olacaq - Tarix İnstitutunda
21 İyul 2017 AMEA-da ev QALMAQALI - Sakinlərin hüquqları pozulur
20 İyul 2017 Aqil M.Quliyevə ağır itki - FOTO
19 İyul 2017 Bioloji Təbabət Klinikası jurnalistlər üçün aksiya keçirir
19 İyul 2017 Qızmar hava davam edəcək - Rekord istilər gözlənilir
18 İyul 2017 Millət vəkili: Azərbaycanda ürək transplantasiyası aparılmır
18 İyul 2017 Sabah Natiq Əliyevin 40 mərasimidir
14 İyul 2017 Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayıb
14 İyul 2017 Azərbaycandakı məşhur türk bankı: “Süpürgəçiyə kredit verərik, jurnalistə yox”
12 İyul 2017 Azarkeşlər metroda vaqonları bu hala saldı - FOTOLAR
11 İyul 2017 Azərbaycanın polis generalına ağır itki
10 İyul 2017 Millət vəkilinə ağır itki üz verdi
10 İyul 2017 Şəkər xəstələrinə şad xəbər: amputasiya olmayacaq - VİDEO
08 İyul 2017 Qənirə Paşayeva Zəhra ilə bağlı Türk dünyasına çağırış etdi