b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_268730.jpg

Aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən şənbə və bazar günləri də daxil paytaxtın prospekt və küçələrində hərəkət qismən məhdudlaşdırılacaq.

“Azıravtoyol” ASC-dən Missiya.Az-a verilən məlumata görə, hərəkət Neftçilər prospekti – Nobel prospeti ilə kəsişməsində, Cəfər Xəndan küçəsi - Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası və Nəcəf Nərimanov küçəsində məhdudlaşacaq.

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissədə bu gün günorta saatlarından etibarən dəmir yolu relslərin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Bu hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin aparıldığı daha bir küçə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsidir. Burda da küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu üzdən hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində sözügedən imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Qeyd edək ki, hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır.

27 İyul 2017 Paytaxtda istilik 40 dərəcəyə çatacaq
26 İyul 2017 Ailədaxili konfliktlərin səbəbləri - VİDEO
25 İyul 2017 Məcburi köçkün olan müəllimi didərgin salıblar - Sumqayıtda
24 İyul 2017 Bakıda külək davam edəcək
24 İyul 2017 Jurnalistlərin ev məsələsi
23 İyul 2017 Yetim Eyvaz vəfat etdi
21 İyul 2017 10 min elektron kitabın təqdimatı olacaq - Tarix İnstitutunda
21 İyul 2017 AMEA-da ev QALMAQALI - Sakinlərin hüquqları pozulur
20 İyul 2017 Aqil M.Quliyevə ağır itki - FOTO
19 İyul 2017 Bioloji Təbabət Klinikası jurnalistlər üçün aksiya keçirir
19 İyul 2017 Qızmar hava davam edəcək - Rekord istilər gözlənilir
18 İyul 2017 Millət vəkili: Azərbaycanda ürək transplantasiyası aparılmır
18 İyul 2017 Sabah Natiq Əliyevin 40 mərasimidir
14 İyul 2017 Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayıb
14 İyul 2017 Azərbaycandakı məşhur türk bankı: “Süpürgəçiyə kredit verərik, jurnalistə yox”
12 İyul 2017 Azarkeşlər metroda vaqonları bu hala saldı - FOTOLAR
11 İyul 2017 Azərbaycanın polis generalına ağır itki
10 İyul 2017 Millət vəkilinə ağır itki üz verdi
10 İyul 2017 Şəkər xəstələrinə şad xəbər: amputasiya olmayacaq - VİDEO
08 İyul 2017 Qənirə Paşayeva Zəhra ilə bağlı Türk dünyasına çağırış etdi