b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1570183962_ffd639389951.jpg
Bakı Zooparkında aparılan yenidənqurma işləri davam edir.

Missiya.Az xəbər verir ki, bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, hazırda parkda su və kanalizasiya, eləcə də elektrik sistemi dəyişdirilir:

“Parkda görülən işlər öz axarı ilə davam edir, yeni volyerlər tikilir, şərait yaxşılaşdırılır. Gedişat onu göstərir ki, yeni park növbəti il təhvil verilə bilər. İşlərin bir qədər çox vaxt aparması isə onunla bağlıdır ki, burada hər bir işə xüsusi yanaşma var və müxtəlif qurğular qurularaq təhlükəsizlik qaydalarına çox ciddi riayət edilir. Yekunda çox nümunəvi və köhnə parkdan əsər-əlamət olmayan yeni zoopark sakinlərin istifadəsinə veriləcək”.
 
A.Hüseynov parka yeni gətiriləcək heyvanlardan da söz açıb:

“Hazırda əvvəlki heyvanların şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Ancaq iki-üç, bəlkə də daha çox növdə yeni heyvanların gətirilməsi gözlənilir”.

Qeyd edək ki, bu ilin əvvəllərindən fəaliyyəti müvəqqəti dayandırılan Bakı Zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq. Heyvanların isə müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.
18 Oktyabr 2019 Gələn il pensiyaların məbləği bu qədər olacaq - Nazır açıqladı
16 Oktyabr 2019 Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir
11 Oktyabr 2019 Nazir müavini: Müəyyən şəxslər vaxtından əvvəl pensiya ala biləcək
11 Oktyabr 2019 "Bakı Kart"dan istifadə edənlərə şad xəbər
10 Oktyabr 2019 Nazirlikdən külək və yağış XƏBƏRDARLIĞI
09 Oktyabr 2019 Mais Ağayev: "Bakıda aktiv sürücülərin 40%-ni cərimələmişik" - VİDEO
04 Oktyabr 2019 GMO məhsullarla bağlı maarifləndirmə tədbiri keçirilib
02 Oktyabr 2019 Yüzlərlə vətəndaşa ünvanlı sosial yardım verilməsi dayandırıldı - RƏSMİ
02 Oktyabr 2019 Bu ünvanda evlər və obyektlər sökülür
27 Sentyabr 2019 Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq
20 Sentyabr 2019 Hava şəraiti ilə bağlı nazirlikdən - Xəbərdarlıq
16 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
13 Sentyabr 2019 Bakıda piyadalar daha cərimələnməyəcək - Nazirdən ƏMR
11 Sentyabr 2019 679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi - FOTO
10 Sentyabr 2019 Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır
09 Sentyabr 2019 Bakıda bu marşrut xəttləri birləşdirilir
06 Sentyabr 2019 Şənbə gününün hava proqnozu açıqlanıb
05 Sentyabr 2019 Hacı Şahin Həsənli mükafatlandırılıb
04 Sentyabr 2019 BŞİ-dən sakinlərə MÜRACİƏT
03 Sentyabr 2019 Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - VİDEO