b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1560236194_761996.jpg
Bakı-Quba yolu bərbad vəziyyətə düşüb.
 
Missiya.Az xəbər verir ki, magistral yol dağılıb.
 
Sürətli avtomobil yolunun bir neçə km-lik hissəsində böyük çuxurlar əmələ gəlib. Yolun paytaxta gəliş hissəsinin hazırkı vəziyyəti, sözün əsl mənasında, ürək ağrıdır. Problem özünü Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə daha çox göstərir.
 
Yolun hazırkı vəziyyəti sürücülər üçün təhlükəli vəziyyət yaradır. Çəkiliş zamanı yola görə bir neçə iritonnajlı avtomaşınlarda texniki nasazlıq yarandığını müşahidə etdik. Üstəlik, sürücülərin əksəriyyəti yolda tez-tez zolaq dəyişdirməyə məcbur qalırlar. Çuxura düşməmək üçün edilən ani manevrlər isə magistral yolda qəza riskini artırır.
 
Yolun hazırkı vəziyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. Bu səbəbdən yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi pis qurulub və yaxud bəzi hissələrdə, ümumiyyətlə, bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir.
 
Anar Nəcəflinin sözlərinə görə, yolun deformasiyaya uğrayan hissələrində təmir işlərinə start verilib.
 
Təmir işləri mütəmadi olaraq bütün dağılmış hissələrdə aparılacaq.
25 İyun 2019 ARB 24-də 1 gün - Televiziyada iş prosesi - VİDEO\ FOTO
24 İyun 2019 “Ailə Dünyası” bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat işlərinə start verib
24 İyun 2019 Bu gün 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
21 İyun 2019 Dini Komitə rəsmisi: Sosial şəbəkələrə üstünlük verəcəyik
20 İyun 2019 "Yanvarın 1-dən bütün pensiyaçıların pensiyası əlavə 15% artacaq" - Sahil Babayev
14 İyun 2019 Bu gün məktəblərdə "Son zəng" çalınır
11 İyun 2019 Türkün gəlişi, yaxud ülviyyətim Azərbaycan – REPORTAJ
10 İyun 2019 Nazirdən "Son zəng"lə bağlı ƏMR
07 İyun 2019 AMEA siyahı yaydı: Bu şəxslər evi ola-ola mənzil istəyir
03 İyun 2019 Azərbaycan Gənc Sahibkarlar Klubu "Uşaqlar günü" ilə bağlı tədbir keçirib - FOTO
01 İyun 2019 Azərbaycanda 5 gün iş olmayacaq - RƏSMİ
01 İyun 2019 Təhsil naziri bu müəllimlərlə bağlı əmr imzaladı
31 May 2019 Azərbaycanda bu məktəblər bağlanır
29 May 2019 Yağış, şimşək, dolu - Sabaha olan hava proqnozu
28 May 2019 Yol polisindən plyonka açıqlaması: Cərimə olmayacaq
27 May 2019 Leysan, dolu, şimşək – Növbəti üç günün hava proqnozu
24 May 2019 Prezident: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq"
23 May 2019 Salyanda qasırğa inəyi uçurdu - VİDEO
23 May 2019 “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsi yekunlaşıb - FOTO
23 May 2019 Maksimum nəticə göstərən yeganə abituriyentin adı açıqlandı – FOTO