b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1558352348_1558350913.1495781677_imtahanehezamen5.jpg
Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən  mayın 19-da 2019/2020-ci tədris ili üçün  ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanı zamanı Mingəçevir şəhərində bir nəfər başqasının yerinə imtahana girməyə cəhd edib.
 
Missiya.Az xəbər verir ki,  bu barədə məlumat DİM-dən verilib. Cəhdin qarşısı buraxılış rejimi əməkdaşları tərəfindən alınıb, məsələ aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edilib.
 
DİM-dən verilən məlumata görə, imtahana gecikmə halları bu imtahanda da baş verib: "Yeni qaydalara görə, abituriyent 10:45-ə qədər imtahanın keçirildiyi binaya  gəlməlidir. Gecikənlərlə bağlı  müraciətlər oldu. Onların müraciətini təmin edə bilmədik.
 
Hər dəfə edilən xəbərdarlıqlara baxmayaraq, sənədlərin çatışmazlığı ilə bağlı çoxlu müraciətlər oldu. Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti ilə imtahana gələnlər oldu. Belə abituriyentlərin də imtahanda iştirak etmək tələbi təmin olunmayıb”.
 
DİM-dən sağlamlıq imkanları məhdud abituriyentlərlə bağlı da açıqlama verilib. Qeyd olunub ki, bu cür abituriyentlərlə bağlı DİM tərəfindən  xüsusi şərait yaradılır: "Sağlamlıq imkanları məhdud abituriyentlər onlara yaradılan şəraitdən ən yüksək şəkildə yararlanmaq üçün bir həftə, 10 gün əvvəldən ərizə ilə müraciət etməlidirlər. Bu halda onların vəziyyəti, sənədləri yoxlanılır. Ehtiyac olduqda  sualların oxunması və yaxud cavab kartında cavabların qaralanmasına nəzarətçi yardım edir. Bununla bağlı ayrıca nəzarətçi bazası var və həmin nəzarətçilərə təlimlər keçirilir. Bu imtahanda 19 belə abituriyent var idi və onlar üçün imtahan uğurla başa çatıb. Bəzən valideynlər imtahan getdiyi dövrdə bizə nəzarətçi tələbi ilə bağlı müraciət edir ki, həmin vaxt bunu təmin etmək mümkün olmaya bilir. Ona görə əvvəlcədən müraciət etmək lazımdır”. 
 
DİM-dən mayın 12-də keçirilən imtahanla bağlı da məlumat verilib. Qeyd olunub ki, ciddi problemlərdən biri də imtahan həyəcanının idarə edilməsi ilə bağlıdır. Həyəcanlananların halı pisləşir və onlar həkim briqadasına müraciət etməli olurlar.
 
Mayın 12-də keçirilən qəbul imtahanında  belə abituriyentlərin sayı 38 nəfər, qaydaları pozduqları üçün imtahan nəticəsi ləğv olunanların sayı 11 nəfər olub. Sənədlərdə müəyyən çatışmazlıqla  bağlı imtahan qərargahına 14 müraciət edilib. Dəqiqləşdirmələrdən sonra  onların imtahanda iştirakına icazə verilib. Təlimatda nəzərdə tutulan qaydalardan kənara çıxdığına görə  4 nəfər nəzarətçi cari nəzarətçilər bazasından çıxarılıb”.
14 İyun 2019 Bu gün məktəblərdə "Son zəng" çalınır
11 İyun 2019 Türkün gəlişi, yaxud ülviyyətim Azərbaycan – REPORTAJ
11 İyun 2019 Bakı-Quba yolu bərbad vəziyyətə düşüb
10 İyun 2019 Nazirdən "Son zəng"lə bağlı ƏMR
07 İyun 2019 AMEA siyahı yaydı: Bu şəxslər evi ola-ola mənzil istəyir
03 İyun 2019 Azərbaycan Gənc Sahibkarlar Klubu "Uşaqlar günü" ilə bağlı tədbir keçirib - FOTO
01 İyun 2019 Azərbaycanda 5 gün iş olmayacaq - RƏSMİ
01 İyun 2019 Təhsil naziri bu müəllimlərlə bağlı əmr imzaladı
31 May 2019 Azərbaycanda bu məktəblər bağlanır
29 May 2019 Yağış, şimşək, dolu - Sabaha olan hava proqnozu
28 May 2019 Yol polisindən plyonka açıqlaması: Cərimə olmayacaq
27 May 2019 Leysan, dolu, şimşək – Növbəti üç günün hava proqnozu
24 May 2019 Prezident: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq"
23 May 2019 Salyanda qasırğa inəyi uçurdu - VİDEO
23 May 2019 “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsi yekunlaşıb - FOTO
23 May 2019 Maksimum nəticə göstərən yeganə abituriyentin adı açıqlandı – FOTO
22 May 2019 Göygöl rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib - FOTO
22 May 2019 İyunda neçə gün evdəyik?
17 May 2019 İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib
16 May 2019 Azərbaycanda bir neçə universitetin prorektorları dəyişdirilib