b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_FDFDGFGDDSSS.JPG
Azərbaycan Respublikası Daxili İşlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinin qurbanlarına psixoloji-hüquqi yardımın göstərilməsi və insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) və Lerik  rayonu V. İbrahimov adına inteqrasiya təlimli internat tipli qimnaziyada tədbir keçirib.
 
LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov və  Lerik  rayonuV. İbrahimov adına inteqrasiya təlimli internat tipli qimnaziyanın direktoru Asəf Bədəlov qonaqları təqdim edib və iştirakçılara mövzunun mahiyyəti barədə qısa açıqlama veriblər.
 
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. QHT rəhbəri həyata keçirilən layihənin əsas məqsədi, insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib. O qeyd edib ki, İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım göstəriləcək, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquqi yardım ediləcək.
 
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_DFDGFGFGFGHGHGGF.JPG
 
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Əhmədov çıxışında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən vətəndaşların insan alverinə necə cəlb edilmələri, bu bəladan qorunma yollarından danışıb, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Natiq tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıb.
 
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının Cənub Regional Bölməsinin sədri İlqar Qasımov statistik rəqəmlər əsasında ölkədə olan mövcud durumu şərh edib. Cənub bölgəsində bu istiqamətdə aparılan maarifləndirici tədbirlər,onların səmərəli nəticələrindən danışan İlqar Qasımov gəncləri diqqətli olmağa,ətraflarında insan alveri qurbanlarına dəstək olmağa, bu barədə mərkəzə məlumat verməyə çağırıb.
 
Həmçinin təhsil üzrə ekspert, psixoloq Nuranə Şıxəliyeva genclərin muasir dövrdəki sosial-psixoloji durumlarını və yaşam tərzlərini nəzərə  alaraq, onlara yaxından diqqət göstərərək, maarifləndirici istiqamətdə söhbətlər aparıb. Ekspert deyib ki, gənclərin və yeniyetmələrin psixolaji durumuna təsir edən internet klublari,əyləncə mərkəzləri daim diqqət mərkəzində  saxlanılmalı və nəzarət altinda fəaliyyət göstərməlidirlər ki, sabah acə fəsadlar özünü göstərməsin.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_DFDGFDGFGFGF.JPG
14 İyun 2019 Bu gün məktəblərdə "Son zəng" çalınır
11 İyun 2019 Türkün gəlişi, yaxud ülviyyətim Azərbaycan – REPORTAJ
11 İyun 2019 Bakı-Quba yolu bərbad vəziyyətə düşüb
10 İyun 2019 Nazirdən "Son zəng"lə bağlı ƏMR
07 İyun 2019 AMEA siyahı yaydı: Bu şəxslər evi ola-ola mənzil istəyir
03 İyun 2019 Azərbaycan Gənc Sahibkarlar Klubu "Uşaqlar günü" ilə bağlı tədbir keçirib - FOTO
01 İyun 2019 Azərbaycanda 5 gün iş olmayacaq - RƏSMİ
01 İyun 2019 Təhsil naziri bu müəllimlərlə bağlı əmr imzaladı
31 May 2019 Azərbaycanda bu məktəblər bağlanır
29 May 2019 Yağış, şimşək, dolu - Sabaha olan hava proqnozu
28 May 2019 Yol polisindən plyonka açıqlaması: Cərimə olmayacaq
27 May 2019 Leysan, dolu, şimşək – Növbəti üç günün hava proqnozu
24 May 2019 Prezident: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq"
23 May 2019 Salyanda qasırğa inəyi uçurdu - VİDEO
23 May 2019 “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsi yekunlaşıb - FOTO
23 May 2019 Maksimum nəticə göstərən yeganə abituriyentin adı açıqlandı – FOTO
22 May 2019 Göygöl rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib - FOTO
22 May 2019 İyunda neçə gün evdəyik?
20 May 2019 11-nəfərin nəticəsi ləğv edildi, 38-i həkimlik oldu - Qəbul imtahanında yaşananlar
17 May 2019 İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib