b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1554809107_1554807372_1541746308_45651749_971415789711327_9080624216042110976_n.jpg
"Azəriqaz” İstehsalat Birliyi abonentlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yayıb.
 
Birlikdən Missiya.Az-a verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin "problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir.
 
Eləcə də, inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər. Bununla bağlı istehlakçıların nəzərinə çatdırılır ki, Birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqə tələb edilməlidir. 
 
Həmçinin öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq, qırmızı rəngli akt abonentə təqdim edilir. Sonda bir daha bildirilir ki, sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.
17 Aprel 2019 Ermənistan ordusundakı qiyama görə komandir mühakimə olundu
17 Aprel 2019 Tələbələrin təqaüdləri ilə bağlı qaydalar dəyişdi
10 Aprel 2019 Uşaqlar üçün yeni macəra kitabı gəlir
08 Aprel 2019 Bu rayonlarda buraxılış imtahanı keçiriləcək -Dəqiq vaxt
04 Aprel 2019 Azərbaycanda təyyarə satılır - Sahibi kimdir? - VİDEO
03 Aprel 2019 Tələbələrin təqaüdləri bağlı yeni qərar - Qaydalar dəyişdi
02 Aprel 2019 Ölkədən çıxışına qadağa qoyulan şəxslərə şad xəbər
29 Mart 2019 Şəxsiyyət vəsiqəsi almaqla bağlı yeni qayda qüvvəyə mindi
29 Mart 2019 Aprelə olan hava proqnozu açıqlandı
28 Mart 2019 Maaşlar yenə artırılır - AÇIQLAMA
28 Mart 2019 Azərbaycanda yağış, qar yağacaq - RƏSMİ
27 Mart 2019 “Televiziyada məni göstərəcəkləri günü maraqla gözləyirdim”
22 Mart 2019 Bakının bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
20 Mart 2019 LDU-də türk tələbələrlə birgə möhtəşəm “Novruz yallısı”
19 Mart 2019 Bu gün Azərbaycanda İlaxır çərşənbədir
14 Mart 2019 Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edilib
14 Mart 2019 Şamaxıda zəlzələ oldu
13 Mart 2019 Moskva prospektində şəhərə giriş dayandı - SƏBƏB
09 Mart 2019 Nazirdən pensiyaçılara müjdə
08 Mart 2019 Bakıda əhaliyə bir ayda 442,9 milyon manatlıq xidmət göstərilib