b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_8947d841229996ec44a98ff705c6bb43.jpg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda təmir-bərpa işləri davam etdirilir.

Təmir-bərpa işləri sözügedən yolun təqribən 350 metrlik ərazisini əhatə edir. Bu ərazidə yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər bu maneənin aradan qaldırılmasına yönəlib. 

İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu işləri görülərək kipləşdirilir. Torpaq işləri bitəndən sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. Bundan başqa səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa ediləcək.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

20 May 2019 11-nəfərin nəticəsi ləğv edildi, 38-i həkimlik oldu - Qəbul imtahanında yaşananlar
17 May 2019 İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib
16 May 2019 Azərbaycanda bir neçə universitetin prorektorları dəyişdirilib
15 May 2019 Bu sahədə çalışanlara şad xəbər: maaşlar artırıla bilər
13 May 2019 Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
10 May 2019 Sabah Azərbaycanda qar yağacaq
08 May 2019 Bakı-Ankara qatarı açılır - QİYMƏTLƏR + FOTO
07 May 2019 Cənub bölgəsində insan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib
07 May 2019 Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
03 May 2019 1-ci qrant müsabiqəsinin qalibləri elan olunub
01 May 2019 Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən qovdu
01 May 2019 Bu il Azərbaycanda körpələrə 10 yeni ad qoyulub – Siyahı
30 Aprel 2019 9-cu sinif şagirdlərinin imtahan nəticələri açıqlandı
26 Aprel 2019 Azərbaycanda yeni qurum yaradılacaq
17 Aprel 2019 Ermənistan ordusundakı qiyama görə komandir mühakimə olundu
17 Aprel 2019 Tələbələrin təqaüdləri ilə bağlı qaydalar dəyişdi
10 Aprel 2019 Uşaqlar üçün yeni macəra kitabı gəlir
09 Aprel 2019 “Azəriqaz”dan əhaliyə vacib xəbərdarlıq: Qaz sayğaclarının...
08 Aprel 2019 Bu rayonlarda buraxılış imtahanı keçiriləcək -Dəqiq vaxt
04 Aprel 2019 Azərbaycanda təyyarə satılır - Sahibi kimdir? - VİDEO