b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1551686457_735867.jpg
Yaxın bir necə gün ərzində Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinə başlanacaq.
 
Missiya.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
 
Onun sözlərinə görə, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Artıq Bakıdakı poliklinikalara vaksinlər paylanılıb. Digər şəhər və rayonlar üzrə isə vaksinlərin paylanılması hazırda həyata keçirilir.
 
A.Əliyeva qeyd edib ki, peyvəndləmə işləri yalnız hər hansı səbəbə görə vaxtilə peyvənd olunmayan 20-40 yaşlı insanlar üçün həyata keçiriləcək:
 
"Peyvəndləmə məcburi qaydada həyata keçirilməyəcək. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunacaqlar. Yaxın bir necə gün ərzində poliklinikalarda böyüklər üçün peyvənd kabinetləri fəaliyyət göstərəcək".
 
Mərkəzin direktor müavini qızılca-məxmərək əleyhinə vaksinin bəzi qrupdan olan insanlar üçün tibbi əks-göstəriş olduğunu da söyləyib.
 
Onun sözlərinə görə, hamilə qadınlar və ya hamilə olmağa hazırlaşan qadınlar, qan, onkoloji xəstəliyi olan, yumurta zülalına allergiyası olan şəxslər bu vaksinə qarşı peyvənd oluna bilməzlər:
 
"İnsanlar müraciət etdikdə həkim-terapevtlər onları müayinədən keçirəcəklər. Əgər insanlar tam sağlamdırlarsa, onlar üçün tibbi əks göstəriş yoxdursa, vaxtilə peyvənd olunmayıblarsa, qızılcaya yoluxmamaları üçün hökmən ərazi üzrə poliklinikalara müraciət ediərək peyvənd olunsunlar".
 
Peyvənd olunmaq üçün edilən müraciətlərin sayının çox olduğunu deyən A.Əliyeva qeyd edib ki, qızılcaya yoluxma halları azalsa da, bu hallar hələ də qeydə alınır.
 
Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri keçiriləcək.
 
20 May 2019 11-nəfərin nəticəsi ləğv edildi, 38-i həkimlik oldu - Qəbul imtahanında yaşananlar
17 May 2019 İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib
16 May 2019 Azərbaycanda bir neçə universitetin prorektorları dəyişdirilib
15 May 2019 Bu sahədə çalışanlara şad xəbər: maaşlar artırıla bilər
13 May 2019 Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
10 May 2019 Sabah Azərbaycanda qar yağacaq
08 May 2019 Bakı-Ankara qatarı açılır - QİYMƏTLƏR + FOTO
07 May 2019 Cənub bölgəsində insan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib
07 May 2019 Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
03 May 2019 1-ci qrant müsabiqəsinin qalibləri elan olunub
01 May 2019 Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən qovdu
01 May 2019 Bu il Azərbaycanda körpələrə 10 yeni ad qoyulub – Siyahı
30 Aprel 2019 9-cu sinif şagirdlərinin imtahan nəticələri açıqlandı
26 Aprel 2019 Azərbaycanda yeni qurum yaradılacaq
17 Aprel 2019 Ermənistan ordusundakı qiyama görə komandir mühakimə olundu
17 Aprel 2019 Tələbələrin təqaüdləri ilə bağlı qaydalar dəyişdi
10 Aprel 2019 Uşaqlar üçün yeni macəra kitabı gəlir
09 Aprel 2019 “Azəriqaz”dan əhaliyə vacib xəbərdarlıq: Qaz sayğaclarının...
08 Aprel 2019 Bu rayonlarda buraxılış imtahanı keçiriləcək -Dəqiq vaxt
04 Aprel 2019 Azərbaycanda təyyarə satılır - Sahibi kimdir? - VİDEO