b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_52775066_341764273108621_2961791404163989504_n.jpg

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri  olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.Bu gün universitetdə bütün fakültələrdə ilk dərslər  Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Universitetin kitabxanasında faciənin dəhşətlərindən bəhs edən  kitab, məcmuə, braşura, qəzet, foto-şəkillərdən ibarət sərgi təşkil olunub.

Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim- tələbə heyəti şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış   kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti olaraq  abidənin  önünə təzə-tər qərənfillər düzüblər.

Anım mərasimi  “Xocalı soyqırımı-Unutmadıq! Unutmarıq!” adlı  tədbirlə davam etdirilib.Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutlka yad edilib.Professor Natiq İbrahimov 27 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış  səhifə  adlandırıb,  qətlyam törədənlərin  hələ də layiqli cəzalarını almadığını, intiqam gününün  isə uzaqda olmadığını deyib.Universitet  rəsmisi  erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən nəticə çıxarmağa çağırıb.

Universitetin Tarix və onun tədrisi kafedrasının baş müəllimi Həşim Kəlbiyev, Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının baş müəllimi Qədim Rufullayev məruzələrində 27 il öncə baş vermiş hadisələri tarixi və ədəbi konteksdə təhlil edərək iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat veriblər.

Anım tədbirləri  Xocalı qətlyamına həsr olunmuş  videofilmin nümayişi ilə yekunlaşıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_52661693_157935325087057_5696715793870356480_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_52736800_2313262685402613_180172452138057728_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_53236733_2283401628377831_8813847437757120512_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_52999955_1465913736877798_7020182774694805504_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_52688515_463294277541198_1346162889391603712_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_52779955_481374955729906_8039466028289228800_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_52681161_300122760683142_6034712643275587584_n.jpg

 

 

 

22 Mart 2019 Bakının bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
20 Mart 2019 LDU-də türk tələbələrlə birgə möhtəşəm “Novruz yallısı”
19 Mart 2019 Bu gün Azərbaycanda İlaxır çərşənbədir
14 Mart 2019 Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edilib
14 Mart 2019 Şamaxıda zəlzələ oldu
13 Mart 2019 Moskva prospektində şəhərə giriş dayandı - SƏBƏB
09 Mart 2019 Nazirdən pensiyaçılara müjdə
08 Mart 2019 Bakıda əhaliyə bir ayda 442,9 milyon manatlıq xidmət göstərilib
08 Mart 2019 “Bibiheybət” məscidindən şəhər istiqamətinə yolda təmir gedir
04 Mart 2019 Birinci siniflərə elektron qaydada qəbulun tarixi açıqlandı
04 Mart 2019 Dövlət qulluqçusu olmayan işçilərin də maaşları artdı
04 Mart 2019 Yaxın günlərdə böyüklərin qızılcaya qarşı peyvəndinə başlanacaq - Vaksinlər gətirilib
02 Mart 2019 Bu gündən Bakıda 14 yerdə Novruz yarmarkaları açılır – Ünvanlar
01 Mart 2019 Manatla krediti olan bu şəxslərə güzəşt ediləcək - Prezidentin köməkçisi
27 Fevral 2019 Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadənin yeni məhkəməsi olacaq
26 Fevral 2019 Martın 1-dək hava qeyri-sabit keçəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
22 Fevral 2019 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
21 Fevral 2019 Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının vaxtı dəyişdi
19 Fevral 2019 Bu şəxslərin pensiyası 30 faiz artacaq
19 Fevral 2019 Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA