b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1549619655_1548914391.sulu_qaragua18.jpg
Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 3 dərəcəyə yaxın isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
 
Azərbaycanın rayonlarında fevralın 9-da arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
 
Nazirlik xəbərdarlıq edir ki, fevralın 8-i axşamdan 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
22 Fevral 2019 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
21 Fevral 2019 Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının vaxtı dəyişdi
19 Fevral 2019 Bu şəxslərin pensiyası 30 faiz artacaq
19 Fevral 2019 Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
19 Fevral 2019 Anar Nəbiyev yeni mahnısını təqdim etdi - VİDEO
18 Fevral 2019 Xərçəng riskini artıran ərzaq - Hər gün istifadə edirik
18 Fevral 2019 Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
14 Fevral 2019 Siqaret çəkən avtobus sürücüsünün şəklini çəkənlər pul qazanacaq - VİDEO
13 Fevral 2019 Ohanyan Sarqsyanın üzünə durdu - Üzləşdirilmə vaxtı qarşıdurma
12 Fevral 2019 Bakda “Villa Inn” otelinin açılışı olub
11 Fevral 2019 Qəbul imtahanlarının vaxtı açıqlandı – Siyahı
08 Fevral 2019 Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicəsini öz üzərinə götürdü
07 Fevral 2019 “Nargilə dairəsi”ndə tıxacın aradan qaldırılması üçün çarə tapıldı
06 Fevral 2019 Pensiyaçılara şad xəbər - RƏSMİ
06 Fevral 2019 Ramil Usubovdan yeni - TƏYİNAT
05 Fevral 2019 Bakının Nobel prospekti 20-25 günlük tam bağlanacaq
04 Fevral 2019 Sürücülər yol polisini videoya çəkə bilərmi – DYP-dən açıqlama
01 Fevral 2019 Milli Məclisdə qazla bağlı MÜHÜM TƏKLİF
31 Yanvar 2019 Peşə təhsili barədə keçirilən layihə başa çatdı
31 Yanvar 2019 Tələbədən sevimli müəlliminə ad günü təbriki