b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_xerite_070219.png

Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb. Hazırda qeyd edilən ərazidə alternativlərin və əlaqələndirmə imkanlarının az olması “Nargilə dairəsi” adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur.

Bakı Nəqliyyat Agentliyindən Missiya.Az-a  verilən məlumata görə, yeni layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin ediləcək.

Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerləri təşkili və Ramiz Quliyev küçəsin alternativ yerni yolun salınması da nəzərdə tutulub. Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq.

Layihənin icrası “Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq.

Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada keçidlərinin təşkilinə də şərait yaradacaq.

22 Fevral 2019 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
21 Fevral 2019 Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının vaxtı dəyişdi
19 Fevral 2019 Bu şəxslərin pensiyası 30 faiz artacaq
19 Fevral 2019 Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
19 Fevral 2019 Anar Nəbiyev yeni mahnısını təqdim etdi - VİDEO
18 Fevral 2019 Xərçəng riskini artıran ərzaq - Hər gün istifadə edirik
18 Fevral 2019 Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
14 Fevral 2019 Siqaret çəkən avtobus sürücüsünün şəklini çəkənlər pul qazanacaq - VİDEO
13 Fevral 2019 Ohanyan Sarqsyanın üzünə durdu - Üzləşdirilmə vaxtı qarşıdurma
12 Fevral 2019 Bakda “Villa Inn” otelinin açılışı olub
11 Fevral 2019 Qəbul imtahanlarının vaxtı açıqlandı – Siyahı
08 Fevral 2019 Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicəsini öz üzərinə götürdü
08 Fevral 2019 4 gün yağış, qar yağacaq - Nazirlikdən xəbərdarlıq
06 Fevral 2019 Pensiyaçılara şad xəbər - RƏSMİ
06 Fevral 2019 Ramil Usubovdan yeni - TƏYİNAT
05 Fevral 2019 Bakının Nobel prospekti 20-25 günlük tam bağlanacaq
04 Fevral 2019 Sürücülər yol polisini videoya çəkə bilərmi – DYP-dən açıqlama
01 Fevral 2019 Milli Məclisdə qazla bağlı MÜHÜM TƏKLİF
31 Yanvar 2019 Peşə təhsili barədə keçirilən layihə başa çatdı
31 Yanvar 2019 Tələbədən sevimli müəlliminə ad günü təbriki