b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_51097678_2303147109930954_2356329082762821632_n.jpg
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Enactus Azərbaycanın "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin təşkilatçılığı ilə "Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Milli Case Yarışının keçirilməsi” adlı layihəsi başa çatdı.

Layihənin əsas məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, peşə təhsili alan gənclərə müasir iş şəraitinin yaradılması, aşpaz, qaynaq və dərzi peşələri üzrə peşə hazırlığının təkmilləşdirilməsidir. Yarışda Texnika və Texnologiyalar, Turizm və Sosial Xidmətlər, Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzlərində "Aşpaz”, "Dərzi” və "Qaynaqçı” ixtisasları üzrə təhsil alanlar öz peşə bacarıqlarını nümayiş etdiriblər. Layihə çərçivəsində dünyanın qabaqcıl şirkətlərindən biri olan və peşəkar mətbəx istilik avadanlığının istehsalı ilə məşğul olan alman şirkəti MKN (Maschinenfabrik Kurt Neubauer), peşəkar təmizlik, gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan "Hazar Industry Azerbaycan” (SR Chemicals) şirkəti, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 5 nömrəli Bakı Peşə Liseyi arasında memorandum imzalanıb. Tədbirdə qonaqlar və tələbələr üçün MKN şirkətinin brend şefi Pavel Dzyublo tərəfindən Master klass təşkil edilmiş, bununla yanaşı 5, 12 nömrəli peşə liseyləri arasında milli yeməklərin hazırlanması üzrə müsabiqə keçirilmişdir. Beynəlxalq mükafatlarla təltif olunmuş azərbaycanlı aşpazlar münsiflər heyətinin üzvü kimi müsabiqədə iştirak edərək tələbələrin hazırladıqları təamları qiymətləndirmişlər.

Layihənin nəticəsi: "Sumqayıt Texnologiyalar Parkı” MMC qaynaq və əl elektrik ixtisası üzrə təhsil alan tələbələrə təcrübə proqramı keçirir. "VEYSƏLOĞLU” Şirkətlər Qrupu və Enactus Azərbaycan 02.02.2019-cu il tarixində peşə təhsili alan gənclərlə karyera yarmarkası keçirəcəklər. Yarmarkada 100 tələbə iştirak edəcək və işəgötürənlərlə tanış olacaqlar. Məqsəd peşə təhsili alan gənclərin ixtisasları üzrə işlə təmin olunmasıdır.
22 Fevral 2019 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
21 Fevral 2019 Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının vaxtı dəyişdi
19 Fevral 2019 Bu şəxslərin pensiyası 30 faiz artacaq
19 Fevral 2019 Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
19 Fevral 2019 Anar Nəbiyev yeni mahnısını təqdim etdi - VİDEO
18 Fevral 2019 Xərçəng riskini artıran ərzaq - Hər gün istifadə edirik
18 Fevral 2019 Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
14 Fevral 2019 Siqaret çəkən avtobus sürücüsünün şəklini çəkənlər pul qazanacaq - VİDEO
13 Fevral 2019 Ohanyan Sarqsyanın üzünə durdu - Üzləşdirilmə vaxtı qarşıdurma
12 Fevral 2019 Bakda “Villa Inn” otelinin açılışı olub
11 Fevral 2019 Qəbul imtahanlarının vaxtı açıqlandı – Siyahı
08 Fevral 2019 Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicəsini öz üzərinə götürdü
08 Fevral 2019 4 gün yağış, qar yağacaq - Nazirlikdən xəbərdarlıq
07 Fevral 2019 “Nargilə dairəsi”ndə tıxacın aradan qaldırılması üçün çarə tapıldı
06 Fevral 2019 Pensiyaçılara şad xəbər - RƏSMİ
06 Fevral 2019 Ramil Usubovdan yeni - TƏYİNAT
05 Fevral 2019 Bakının Nobel prospekti 20-25 günlük tam bağlanacaq
04 Fevral 2019 Sürücülər yol polisini videoya çəkə bilərmi – DYP-dən açıqlama
01 Fevral 2019 Milli Məclisdə qazla bağlı MÜHÜM TƏKLİF
31 Yanvar 2019 Tələbədən sevimli müəlliminə ad günü təbriki