Tələbədən sevimli müəlliminə ad günü təbriki

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ffffddd.JPG
Bir neçə gün əvvəl ikinci kursda oxuyan tələbələrimizdən biri məndən soruşdu ki, Kənan, Vasif müəllim (Həyat təhlükəsizliyi və mülki müdafiə kafedrasının müəllimi Vasif Piriyev) kimi müəllim yenə dərs deyəcək bizə? Tələbələrin əksəriyyətinin rəğbətini qazanmağı bacaran Vasif müəllim, doğrudan da, olduqca humanist və təmkinli insandır. Çox düşünmədim. Əminliklə “hə, III kursda yenə yaxşı müəllimlər tanıyacaqsınız ki, onlardan biri də Müşviq Mustafayev olacaq” dedim. Sonra həmin tələbəyə Müşviq müəllimin hansı fakültənin müəllimi olduğu, hansı fənni tədris edəcəyi, habelə xarakteri haqqında məlumat verdim.

Bunları danışa-danışa yadıma düşdü ki, bu günlərdə 4 ay müddətində Sosial psixologiya fənnindən seminar və mühazirələri aparan müəllimimizin ad günüdür. Hələ sadəcə adını eşidəndə, yəni üzünü görməmişdən əvvəl adətim üzrə digərləri kimi onun haqqında da internetdə kiçik bir axtarış aparmışdım. Elə o vaxtdan bilirəm ki, müəllimimiz 1976-cı ildən etibarən hər il yanvarın 31-ni doğum günü kimi qeyd edir. Onu da bilirəm ki, o, 1993-cü ildə orta məktəbi bitirib. 1997-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-cu isə magistratura pilləsini bitirib. 2000-ci ildən BDU-nun “Eksperimental psixologiya” elmi tədqiqat laboratoriyasında elmi işçi vəzifəsində çalışır.

2005-ci ildə “Gənclərin mənəvi inkişafının bəzi sosial-psixoloji cəhətlərinin təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və psixologiya elmləri namizədi alimlik dərəcəsi adını alıb. Elə həmin ildən(2005) BDU-da fəaliyyət göstərən psixologiya elmləri üzrə Dissertasiya Şurasının nəzdindəki Elmi seminarın elmi katibi vəzifəsində çalışır. 2007-ci ildən “Psixologiya” jurnalının məsul katibidir. Sosial psixologiya problemləri üzrə elmi-tədqiqat işi üzərində çalışır. Bir neçə dövlət və beynəlxalq proqram və qrantlarda iştirak etmişdir. 30 məqalənin müəllifidir. Dediyim odur ki, hələ ilk vaxtlardan etibarən kimdən dərs alacağımızı bilirdim. Hər ötün dərsdə isə Müşviq müəllimi daha yaxından tanımağa başladım. Özünün sadəliyi, səbri ilə fərqlənən bu insan əsl psixoloqlara xas şəkildə danışır, bu və ya digər mövzunu tələsmədən, sanki həzm etdirə-etdirə başa salır. Səmimi, mehriban və zarafatcıldır. Demək olar ki, əsəbləşmir. Sadəcə arada bir “a bala, ay uşaq” deməklə dərsi pozanları diqqətli olmağa çağırır. Çünki bilir ki, əsəbləşməklə heç bir müsbət nəticə əldə edə bilməz. Əksinə, həm özündə, həm də tələbələrdə bu və ya digər formada depressiya əlamətləri üzə çıxa bilər.

Bunu Müşviq müəllimdən yaxşı kim bilə bilər ki? Daha çox psixoloji təsir vasitələri, o cümlədən inamla başa salmağa çalışırdı ki, bu fənn hər kəs, xüsusilə də jurnalistlər üçün olduqca vacibdir. İnsaf dinin yarısıdır, əslində bunu bacarırdı da. Təsadüfi deyil ki, bir çox tələbələr, o cümlədən mən mühazirədə deyilənləri həvəslə dəftərimizə qeyd edirdik. Dediyim odur ki, hörmətli müəllimimiz təkcə nəzəriyyəni danışmır, eyni zamanda konkret anlayışların hansı təsir gücünə malik olduğunu praktikada da göstərməyə çalışırdı. Hərdən seminar dərslərində testlər edirdik. Şübhəsiz, hər kəs üçün ən maraqlı anlar məhz həmin dəqiqələr idi.

“Görəsən, kim daha çox stress keçirir, kimin səmimilik şkalası necədir, kim hansı tempramentə məxsusdur” deyə düşünürdük həyəcanla. Yəni ötən müddət ərzində çox şey öyrəndik ondan. Bu səbəbdindir ki, indi oxuduğunuz qeydləri həmin II kurs tələbəsinə deməyi və sonradan onları yazıya almağı özümə borc bildim. Əgər Müşviq müəllim son dərslərində dediyi kimi, gələn ildən bizim fakültəyə gəlməsə tam səmimi deyirəm ki, indi II kursda oxuyan tələbə yoldaşlarımız çox şey itirmiş olacaqlar.

Amma növbəti tədris ilində jurnalistika fakültəsinin III kurs tələbələrinə sosial psixologiya fənn müəlliminin yenə Müşviq Mustafayev olacağı təqdirdə əminəm ki, tarix təxmini də olsa mütləq təkrarlanacaq: əlbəttə, dərsi pozanlar tapılacaq, müəllim yenə soyuqqanlılığını və təmkinini qoruyacaq, ən yaxşı nəticələr üçün tələbələrinə kömək edəcək, əksəriyyətin hörmət və rəğbətini qazanacaq. Və yəqin ki, o vaxt da kimsə ad günü münasibətilə Müşviq müəllim haqqında yazacaq...

 

Kənan Novruzov

BDU Jurnalistika fakültəsinin

3-cü kurs tələbəsi

22 Fevral 2019 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
21 Fevral 2019 Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının vaxtı dəyişdi
19 Fevral 2019 Bu şəxslərin pensiyası 30 faiz artacaq
19 Fevral 2019 Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
19 Fevral 2019 Anar Nəbiyev yeni mahnısını təqdim etdi - VİDEO
18 Fevral 2019 Xərçəng riskini artıran ərzaq - Hər gün istifadə edirik
18 Fevral 2019 Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
14 Fevral 2019 Siqaret çəkən avtobus sürücüsünün şəklini çəkənlər pul qazanacaq - VİDEO
13 Fevral 2019 Ohanyan Sarqsyanın üzünə durdu - Üzləşdirilmə vaxtı qarşıdurma
12 Fevral 2019 Bakda “Villa Inn” otelinin açılışı olub
11 Fevral 2019 Qəbul imtahanlarının vaxtı açıqlandı – Siyahı
08 Fevral 2019 Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicəsini öz üzərinə götürdü
08 Fevral 2019 4 gün yağış, qar yağacaq - Nazirlikdən xəbərdarlıq
07 Fevral 2019 “Nargilə dairəsi”ndə tıxacın aradan qaldırılması üçün çarə tapıldı
06 Fevral 2019 Pensiyaçılara şad xəbər - RƏSMİ
06 Fevral 2019 Ramil Usubovdan yeni - TƏYİNAT
05 Fevral 2019 Bakının Nobel prospekti 20-25 günlük tam bağlanacaq
04 Fevral 2019 Sürücülər yol polisini videoya çəkə bilərmi – DYP-dən açıqlama
01 Fevral 2019 Milli Məclisdə qazla bağlı MÜHÜM TƏKLİF
31 Yanvar 2019 Peşə təhsili barədə keçirilən layihə başa çatdı