b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_tarana.jpg

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2018-ci il tarixində imzaladığı “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə başçısı tərəfindən 25 yanvar 2019-cu ildə imzaladığı Fərmanla qüvvəyə minib. Fərmanda qərara alınır ki, Nazirlər Kabineti qanun və aktların “Psixoloji yardım haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim etsin.

Psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin, psixoloqların hüquq və vəzifələrinin müəyyən olunmasını, bu sahədə yaranan münasibətlərin tənzimlənməsini özündə etiva edən Qanunun tətbiqi ilə ölkə vətəndaşlarının psixi durumunun tənzimlənməsi istiqamətində hansı yeniliklərin olacağına aydınlıq gətirmək məqsədilə Psixoloji və Nitq İnkişaf Mərkəznin direktoru, Psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova mətbuata açıqlama verib.

Öncə Qanunda istifadə olunan anlayışlar barədə izahat verən T. Məmmədova ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb.

Psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir.

Mərkəz rəhbəri bildirib ki, qanunun tətbiqi nəticəsində yardımın növü, forması, müddəti, keyfiyyətinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq olunan minimum tələblərin məcmusu, o cümlədən ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri, bu yardımı göstərmək hüququ olan şəxslərə dair tələblər, kliniki psixoloqlara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması, ləğv edilməsi qaydası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək. 

T. Məmmədovanın sözlərinə görə, qanunun tətbiqi zamanı əhaliyə yüksək psixoloji yardımın əsas istiqamətləri üzrə nəzarəti şəxsən ölkə başçısının öz üzərinə götürməsi "Mən hər bir azərbaycanlının Prezidentiyəm" fikrinin növbəti dəfə təntənəli şəkildə təsdiqidir.

Mərkəzin direktoru qanunda Psixoloji yardımın növləri və formalarının profilaktika, maarifləndirmə, konsultasiya, psixoloji dəstək, müayinə (diaqnostika), psixoterapiya, reabilitasiya, korreksiya, treninq - təlim anlayışları əsasında dəqiqliyi ilə göstərildiyini deyib.

O, yardımın prinsiplərinə də aydınlıq gətirib. Bildirib ki, psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir, yardımın anonimliyi qorunur.

Qanunda psixoloji yardım göstərmək hüququ olan şəxslərin vəzifələri də göstərilib.

T. Məmmədova deyib ki, peşəkar, keyfiyyətli və standartlara uyğun psixoloji yardım göstərmək; onun hüquqları, vəzifələri, növləri, formaları, şərtləri, qaydaları və ehtimal edilən nəticələri haqqında məlumat vermək; yardım göstərməkdən imtina etdikdə, səbəbləri barədə şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat vermək; şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; psixoloji yardım standartlarına və qaydalarına, psixoloqun peşə etikasına riayət etmək; şəxs haqqında məlumatın konfidensiallığını təmin etmək; müayinənin nəticələrinə uyğun olaraq digər yüksək ixtisaslı mütəxəssislərlə psixoloji konsilium təşkil etmək bu vəzifələrə aiddir.

Mərkəz rəhbəri onu da bildirib ki, belə bir mütərəqqi qanunun tətbiqi nəticəsində əhalinin psixoloji durumunun tənzimlənməsi işində böyük inkişaf yaranacaq, hər kəs cəmiyyətin saflaşması, dövlətin inkişafı, Vətənin çiçəklənməsi uğrunda öz üzərinə düşən məsuliyyəti daha dərindən və dəqiqliyi ilə dərk edəcək.

16 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
13 Sentyabr 2019 Bakıda piyadalar daha cərimələnməyəcək - Nazirdən ƏMR
11 Sentyabr 2019 679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi - FOTO
10 Sentyabr 2019 Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır
09 Sentyabr 2019 Bakıda bu marşrut xəttləri birləşdirilir
06 Sentyabr 2019 Şənbə gününün hava proqnozu açıqlanıb
05 Sentyabr 2019 Hacı Şahin Həsənli mükafatlandırılıb
04 Sentyabr 2019 BŞİ-dən sakinlərə MÜRACİƏT
03 Sentyabr 2019 Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi - VİDEO
30 Avqust 2019 Sentyabr ayına olan hava proqnozu açıqlanıb
29 Avqust 2019 Sabah külək əsəcək, arabir güclənəcək
28 Avqust 2019 Leysan yağacaq, dolu düşəcək
27 Avqust 2019 Sabah hava necə olacaq?
22 Avqust 2019 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO
21 Avqust 2019 Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
19 Avqust 2019 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar 1 həftə bağlı olacaq
19 Avqust 2019 Parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO
16 Avqust 2019 Umayra Tağıyeva: Hava proqnozunun verilməsi çətinləşib
16 Avqust 2019 Vaqif Əsədovdan sürücülərə çəkələk xəbərdarlığı - FOTO
15 Avqust 2019 Sabah 37 dərəcə isti olacaq