b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_2015-08-27-12-02-57supermarket.jpg

2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.

Missiya.Az xəbər verir ki, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında "Ət məhsulları” qrupu 0,2 faiz, "Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, "Tərəvəzlər” qrupu 4,7 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, "Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,5 faiz, "Qəhvə, çay, kakao” qrupu 0,9 faiz, "Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,2 faiz, "Araq, brendi (konyak)” qrupu 3,4 faiz, "Çaxır” qrupu 0,9 faiz, "Tütün məmulatları” qrupu 1,0 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından "Geyim” qrupu 0,3 faiz, "Ayaqqabı” qrupu 0,1 faiz, "Mebel və ev əşyaları” qrupu 0,1 faiz, "Məişət cihazları” qrupu 0,3 faiz, "Evə qulluq etmək üçün lazım olan məhsullar” qrupu 0,3 faiz, " Tibb təyinatlı digər məhsullar" qrupu 0,3 faiz, "Müalicə ləvazimatları və cihazları” qrupu 0,9 faiz, "Velosipedlər” qrupu 2,7 faiz, "Foto-kino avadanlıqları və optik cihazlar” qrupu 0,5 faiz, ”Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu 0,1 faiz, "Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 2,1 faiz, "Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, "Sair şəxsi istifadə əşyaları” qrupu 0,6 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən "Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, "İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı" qrupu 0,4 faiz, "Avtomobillərin təmiri” qrupu 0,7 faiz, "Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, "Mehmanxana xidməti” qrupu 1,7 faiz, "Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, "Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.

17 Yanvar 2019 Bakıda külək dayanacağı dağıdıb - FOTO
16 Yanvar 2019 Yanvarın 17-də uşaqları bağçalara aparmayın! - RƏSMİ XƏBƏRDARLIQ
15 Yanvar 2019 Dəniz Agentliyi hava ilə bağlı xəbərdarlıq etdi
14 Yanvar 2019 Güclü külək olacaq - Nazirlikdən xəbərdarlıq
11 Yanvar 2019 Bakı sakinlərinin diqqətinə - Bu rayonlarda su olmayacaq
09 Yanvar 2019 Zahid Sabirabadlının arvadı efirdə krediti üçün pul istədi - VİDEO
08 Yanvar 2019 Agentlik güzəştli mənzil almaq istəyənlərə müraciət etdi
29 Dekabr 2018 10 yaşlı "ARB Şəki" - FOTO
28 Dekabr 2018 Şimali Kiprdə AXC 100 və Həmrəylik Günü ilə bağlı tədbir keçirilib
27 Dekabr 2018 Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
26 Dekabr 2018 Tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklər – Siyahı
25 Dekabr 2018 Temperatur enəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ
25 Dekabr 2018 Sahibkarlar dörd qrupa bölündü - MÜHÜM QƏRAR
22 Dekabr 2018 "Sosial evlər" satışa çıxarıldı - QİYMƏTLƏR
22 Dekabr 2018 “Əmək pensiyaları haqqında” qanun dəyişdi
21 Dekabr 2018 Qışın ilk gününün hava proqnozu
21 Dekabr 2018 Oftalmoloq-cərrah Anar Abdullayevdən endirim
21 Dekabr 2018 FHN-dən Yeni illə bağlı əhaliyə MÜRACİƏT
20 Dekabr 2018 “JEK”lər mənzillərdən pul yığa bilməyəcək - YENİLİK
19 Dekabr 2018 Qar, leysan, daşqın – Xəbərdarlıq