b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1545990938_20181228_124820.jpg
Şimali Kipr Türk Cumhuriyyətində Doğu Akdeniz Universitetinin ev sahibliyi, Azərbaycan Diaspor Gəncləri Təşkilatı, Kipr Azərbaycan Diaspora Mərkəzi (KADM) və Azərbaycan-Kipr Gənclər və Dostluq Cəmiyyəti ilə birlikdə ''Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi'' və 31 dekabr - ''Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'' münasibəti ilə təntənəli mərasim keçirilib.

Tədbirdə Doğu Akdeniz Universitetinin müəllim və tələbələri, Şimali Kipr Türk Cumhuriyyətində yaşayan həmvətənlərimiz, Türkiyə və Azərbaycandan dəvət olunmuş millət vəkilləri, siyasətçilər, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, "Cavan Gənclər Hərakatı İçtimai Birliyi”nin təmsilçiləri, Kipr Azərbaycan Diaspora Mərkəzi və Tələbə Cəmiyyətinin aktiv üzvləri və sənətçilər iştirak ediblər. 

Tədbirdə Türkiyə və Azərbaycanın dövlət himinləri səsləndikdən sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradovun tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. 

Açılış niqti ilə çıxış edən tədbirin təşkilatçısı, Doğu Akdeniz Universitetinin tələbəsi Toğrul Abbasov Şimali Kipr Türk Cumhuriyyətində yaşayan və təhsil alan həmvətənlərimiz haqqında məlumatlar verib, hər il ənənəvi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə bir yerə toplaşdıqlarını deyib. Dünyanın dörd bir yanında aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan gəncliyinin Şimali Türk Cumhuriyyətində də, ölkəmizi layiqincə təmsil etdiklərini bildirib. Toğrul Abbasov tədbir iştirakçılarına ''Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi'' və 31 dekabr - ''Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'' münasibətiylə hazırlanmış vidyo görüntüləri təqdim edib. 

Çıxışında Azərbaycan-Kipr Gənclər və Dostluq cəmiyyətinin rəhbəri Raul Diniyev bildirib ki, Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikanı quran Azərbaycan tarixin bütün dövürlərində öz müstəqqilik əzmini nümayiş etdirmişdir. Bununla da, azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Lakin müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Raul Diniyev deyib ki, 31 dekabr tarixini bütün azərbaycanlılar üçün əziz və əhəmiyyətli gündür. Məhz bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edərək harda olmasından asılı olmayaraq dünyaya bird aha birliyini bərabərliyini nümayiş etdirir. 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov Şimali Kiprdə yaşayan azərbaycanlıları bir yerə toplayan Azərbaycan gəncliyini təbrik edib və onlara təşəkkürünü bildirib. O, bütün dünyada birliyini, bərabərliyini nümayiş edirən azərbaycanlıları 31-dekabrda bir yerə toplayan "Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün tarixcəsindən danışıb. 1991-ci il dekabrında Çağdaş Azərbaycanın qurucusu, Ümumilli lider Heydər Əliyevin tarixi qərarı ilə bu günün bütün azərbaycanlılar üçün əziz olan "Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd edildiyini deyib. S. Abbasov bildirib ki, kimliyindən asılı olmayaraq hər bir Azərbaycanlı bilməlidir ki, hansı ölkədə olursa olsun o, ölkəsinin, millətinin təmsilçisidir. 

Tədbirdə Şimali Kipr Türk Respublikasının millət vəkili Zorlu Törə də, çıxış edib. O, çıxışında bütün türk dünyasını təbrik edərək Azərbaycanın həmrəylik bayramı türk dünyasının bayramıdır- dedi. Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifə düşdüyünü deyən millət vəkili aktiv Azərbaycan gəncliyini birliyə, bərabərliyə səsləyib.

Doğu Akdeniz Universitetinin Prorektoru Dem Tanova da, çıxışında ''Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'' münasibəti ilə Azərbaycan xalqını təbrik edib. 

Tədbirdə Doğu Akdeniz Universitetində təhsil alan Azərbaycanlı tələbələrin ifasında Azərbaycanı vəsf edən şeirlər səsləndirilib

Tədbirdə "Ritm” Rəqs Qrupu” peşəkar müəllim-xoreoqraf Yusif Məmmədov və qrupun həmtəsisçiləridən Firuz Əlövsədovun hazırladığı ''Qafqaz Rüzgarı'' adlı konsert proqramı çıxış edib. Konsert proqramında nümayiş olunan "Odlar Yurdu”, "Nəlbəki”, "Yalli” , "İgidlər” və s. rəsqləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Tərbir çərçivəsində Doğu Akdeniz Universitetinində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə "Azərbaycan Respublıkası Azərbaycan Xalq cumhuriyətinin mənəvi və siyasi varisi" dir adı altında fotosərgi açılıb. Sərgidə gənc rəssam və dızayner Resul Həsənovun "Cumhuriyyət" əsəri nümayiş olunub.b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1545990844_20181228_124714.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1545990788_20181228_124657.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1545990741_20181228_124635.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1545990733_20181228_124622.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1545990723_20181228_123605.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1545990702_20181228_124600.jpg
19 Mart 2019 Bu gün Azərbaycanda İlaxır çərşənbədir
14 Mart 2019 Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edilib
14 Mart 2019 Şamaxıda zəlzələ oldu
13 Mart 2019 Moskva prospektində şəhərə giriş dayandı - SƏBƏB
09 Mart 2019 Nazirdən pensiyaçılara müjdə
08 Mart 2019 Bakıda əhaliyə bir ayda 442,9 milyon manatlıq xidmət göstərilib
08 Mart 2019 “Bibiheybət” məscidindən şəhər istiqamətinə yolda təmir gedir
04 Mart 2019 Birinci siniflərə elektron qaydada qəbulun tarixi açıqlandı
04 Mart 2019 Dövlət qulluqçusu olmayan işçilərin də maaşları artdı
04 Mart 2019 Yaxın günlərdə böyüklərin qızılcaya qarşı peyvəndinə başlanacaq - Vaksinlər gətirilib
02 Mart 2019 Bu gündən Bakıda 14 yerdə Novruz yarmarkaları açılır – Ünvanlar
01 Mart 2019 Manatla krediti olan bu şəxslərə güzəşt ediləcək - Prezidentin köməkçisi
27 Fevral 2019 Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadənin yeni məhkəməsi olacaq
26 Fevral 2019 LDU-da Xocalı soyqırımının qurbanları anılıb - FOTO
26 Fevral 2019 Martın 1-dək hava qeyri-sabit keçəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
22 Fevral 2019 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
21 Fevral 2019 Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının vaxtı dəyişdi
19 Fevral 2019 Bu şəxslərin pensiyası 30 faiz artacaq
19 Fevral 2019 Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
19 Fevral 2019 Anar Nəbiyev yeni mahnısını təqdim etdi - VİDEO