b_550_325_16777215_00_images_xeber_sekilleri__14.12.2018_n80.jpg

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edildi.

Missiya.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev yeni qanunu imzalayıb. 

Dəyişikliklərdə 2006-cı ilədək pensiyaya çıxanlarla bağlı müddəalar xüsusi yer tutur.

Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun hesablanır.

2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:

2019-2020-cu illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.

Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.

Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

Bu maddə aşağıdakı hallarda tətbiq edilmir:

1. 2019-cu ilin yanvarın 1-dək təyin edilən əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı.

2. 2019-cu ilin yanvarın 1-dən sonra əmək pensiyası təyin edilən şəxslərə 2019-cu ilin yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı.

3. Bu qanun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı.

4. Bu qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.

5. 2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” qanuna əsasən təyin edilən sosial müvanətlərin bu qanunun 22-1 maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

Qeyd edək ki, qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

19 Mart 2019 Bu gün Azərbaycanda İlaxır çərşənbədir
14 Mart 2019 Ali məktəblərə və kolleclərə tələbə qəbulu elan edilib
14 Mart 2019 Şamaxıda zəlzələ oldu
13 Mart 2019 Moskva prospektində şəhərə giriş dayandı - SƏBƏB
09 Mart 2019 Nazirdən pensiyaçılara müjdə
08 Mart 2019 Bakıda əhaliyə bir ayda 442,9 milyon manatlıq xidmət göstərilib
08 Mart 2019 “Bibiheybət” məscidindən şəhər istiqamətinə yolda təmir gedir
04 Mart 2019 Birinci siniflərə elektron qaydada qəbulun tarixi açıqlandı
04 Mart 2019 Dövlət qulluqçusu olmayan işçilərin də maaşları artdı
04 Mart 2019 Yaxın günlərdə böyüklərin qızılcaya qarşı peyvəndinə başlanacaq - Vaksinlər gətirilib
02 Mart 2019 Bu gündən Bakıda 14 yerdə Novruz yarmarkaları açılır – Ünvanlar
01 Mart 2019 Manatla krediti olan bu şəxslərə güzəşt ediləcək - Prezidentin köməkçisi
27 Fevral 2019 Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadənin yeni məhkəməsi olacaq
26 Fevral 2019 LDU-da Xocalı soyqırımının qurbanları anılıb - FOTO
26 Fevral 2019 Martın 1-dək hava qeyri-sabit keçəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
22 Fevral 2019 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
21 Fevral 2019 Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının vaxtı dəyişdi
19 Fevral 2019 Bu şəxslərin pensiyası 30 faiz artacaq
19 Fevral 2019 Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
19 Fevral 2019 Anar Nəbiyev yeni mahnısını təqdim etdi - VİDEO