b_550_325_16777215_00_images_xeber_sekilleri__14.12.2018_vfgu.jpg
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
 
FHN-dən Missiya.Az-a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
 
evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
ağac tezalışan oyuncaqla bəzədilməməli;
qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
 
şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
pəncərədə dəmir barmaqlıq olmamalı;
məkanın iki çıxışı olmalı;
ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
otağın qapıları mütləq bayıra açılmalı;
məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
şənlikdə işıq tam söndürülməməli;
şənliyə tezalışan materialdan paltar geyinilməməli;
məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
 
"Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.
17 Yanvar 2019 Bakıda külək dayanacağı dağıdıb - FOTO
16 Yanvar 2019 Yanvarın 17-də uşaqları bağçalara aparmayın! - RƏSMİ XƏBƏRDARLIQ
15 Yanvar 2019 Dəniz Agentliyi hava ilə bağlı xəbərdarlıq etdi
14 Yanvar 2019 Güclü külək olacaq - Nazirlikdən xəbərdarlıq
11 Yanvar 2019 Bakı sakinlərinin diqqətinə - Bu rayonlarda su olmayacaq
09 Yanvar 2019 Zahid Sabirabadlının arvadı efirdə krediti üçün pul istədi - VİDEO
08 Yanvar 2019 Agentlik güzəştli mənzil almaq istəyənlərə müraciət etdi
03 Yanvar 2019 Bakıda bu məhsullar bahalaşdı - SİYAHI
29 Dekabr 2018 10 yaşlı "ARB Şəki" - FOTO
28 Dekabr 2018 Şimali Kiprdə AXC 100 və Həmrəylik Günü ilə bağlı tədbir keçirilib
27 Dekabr 2018 Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
26 Dekabr 2018 Tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklər – Siyahı
25 Dekabr 2018 Temperatur enəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ
25 Dekabr 2018 Sahibkarlar dörd qrupa bölündü - MÜHÜM QƏRAR
22 Dekabr 2018 "Sosial evlər" satışa çıxarıldı - QİYMƏTLƏR
22 Dekabr 2018 “Əmək pensiyaları haqqında” qanun dəyişdi
21 Dekabr 2018 Qışın ilk gününün hava proqnozu
21 Dekabr 2018 Oftalmoloq-cərrah Anar Abdullayevdən endirim
20 Dekabr 2018 “JEK”lər mənzillərdən pul yığa bilməyəcək - YENİLİK
19 Dekabr 2018 Qar, leysan, daşqın – Xəbərdarlıq