b_550_325_16777215_00_images_xeber_sekilleri__14.12.2018_1484569912-111139-manat_esas_5475-450x250.jpg

Ölkə prezidentinin 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. 

Missiya.Az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev öz “Facebook” səhifəsində yazıb ki, qanuna dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) mənzil idarəçiliyində uzaqlaşdırılması istiqamətində daha bir addım olub.

“Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Halbuki bu vaxta qədər Qanun özəlləşdirilmiş mənzillərə xidmət və onların təmirini mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilməsini nəzərdə tuturdu.

Elə buna görə sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşirdi.

Həmin Qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı bir kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir. Yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur və xidmət haqqının müəyyənləşdirilməsi əhalini öz öhdəsinə buraxılır”.

Ekspertin sözlərinə görə, digər dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlıdır. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcəklər.

Çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilə isə bu vaxta qədər yoxdur.

21 Avqust 2019 Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
19 Avqust 2019 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar 1 həftə bağlı olacaq
19 Avqust 2019 Parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO
16 Avqust 2019 Umayra Tağıyeva: Hava proqnozunun verilməsi çətinləşib
16 Avqust 2019 Vaqif Əsədovdan sürücülərə çəkələk xəbərdarlığı - FOTO
15 Avqust 2019 Sabah 37 dərəcə isti olacaq
15 Avqust 2019 Bu ərazilərdə su olmayacaq
09 Avqust 2019 Temperatur yenidən yüksələcək - 36 dərəcə isti
08 Avqust 2019 Avqustun 9-na olan hava proqnozu
07 Avqust 2019 Müəllim olmaq istəyənlərə VACİB XƏBƏR – Seçim başlayır
06 Avqust 2019 Qurban bayramında neçə gün iş yoxdur?
06 Avqust 2019 Müəllimlərin işə qəbulu üzrə keçid balı müəyyənləşdi
02 Avqust 2019 Bakıda ən çox və ən az maaş alanların siyahısı açıqlandı
02 Avqust 2019 Bu çimərliklərə getməyin - XƏBƏRDARLIQ
31 İyul 2019 “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir” - İlham Əliyev
31 İyul 2019 DYP və nazirlik “Təmiz hava” aylığı keçirəcək
24 İyul 2019 Sabahın havası: şimşək, yağış, dolu
22 İyul 2019 Bakının bu əraziləri işıqsız qalacaq
12 İyul 2019 "Bakı Kart"da YENİLİK – Bundan sonra ...
12 İyul 2019 Mojtaba Haşemzadeh: "Artıq çəki və piylənmə sağlamlıq üçün ciddi problemdir"