b_550_325_16777215_00_images_xeber_sekilleri__14.12.2018_1545198729_imtahan.jpg
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək.
 
Dövlət İmtahan Mərkəzindən Anews.az-a verilən məlumata görə, fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.
 
Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.
 
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də, əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq.
 
Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.
 
Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları 26 yanvar (A növü) və 17 fevral (B növü) tarixlərində keçiriləcək. Dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcək.
14 İyun 2019 Bu gün məktəblərdə "Son zəng" çalınır
11 İyun 2019 Türkün gəlişi, yaxud ülviyyətim Azərbaycan – REPORTAJ
11 İyun 2019 Bakı-Quba yolu bərbad vəziyyətə düşüb
10 İyun 2019 Nazirdən "Son zəng"lə bağlı ƏMR
07 İyun 2019 AMEA siyahı yaydı: Bu şəxslər evi ola-ola mənzil istəyir
03 İyun 2019 Azərbaycan Gənc Sahibkarlar Klubu "Uşaqlar günü" ilə bağlı tədbir keçirib - FOTO
01 İyun 2019 Azərbaycanda 5 gün iş olmayacaq - RƏSMİ
01 İyun 2019 Təhsil naziri bu müəllimlərlə bağlı əmr imzaladı
31 May 2019 Azərbaycanda bu məktəblər bağlanır
29 May 2019 Yağış, şimşək, dolu - Sabaha olan hava proqnozu
28 May 2019 Yol polisindən plyonka açıqlaması: Cərimə olmayacaq
27 May 2019 Leysan, dolu, şimşək – Növbəti üç günün hava proqnozu
24 May 2019 Prezident: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq"
23 May 2019 Salyanda qasırğa inəyi uçurdu - VİDEO
23 May 2019 “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsi yekunlaşıb - FOTO
23 May 2019 Maksimum nəticə göstərən yeganə abituriyentin adı açıqlandı – FOTO
22 May 2019 Göygöl rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib - FOTO
22 May 2019 İyunda neçə gün evdəyik?
20 May 2019 11-nəfərin nəticəsi ləğv edildi, 38-i həkimlik oldu - Qəbul imtahanında yaşananlar
17 May 2019 İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib