b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n91.jpg
"Azərbaycanda 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur".

Missiya.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, hazırda sosial xidmət sisteminin sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır: "Həmçinin nazirliyin 14 bərpa mərkəzi vardır və onlarda fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar, qəbul zamanı süründürməçilik, ayrı-seçkilik və s. kimi halların aradan qaldırılması işləri aparılmaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib".

Nazir diqqətə çatdırıb ki, artıq “Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası”nın, eləcə də “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası”nın, “Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası”nın, “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar”ın və s. layihələri işlənib hazırlanıb. Digər tərəfdən, Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində təmir işləri sürətləndirilib.

S.Babayev qeyd edib ki, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması və s. kimi vacib istiqamətlərdə də işlər aparılır. Nazir Tibbi-sosial ekspert komissiyaları tərəfindən fərdi reabilitasiya proqramlarının tərtib edilməsinin, bərpa mərkəzlərində bərpa müalicəsi almış şəxslərin sonrakı sosial statusu və vəziyyəti barədə məlumatların əldə edilməsi üçün mexanizmin qurulmasının, bu məqsədlə mərkəzləşmiş elektron məlumat bazasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
22 Fevral 2019 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
21 Fevral 2019 Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının vaxtı dəyişdi
19 Fevral 2019 Bu şəxslərin pensiyası 30 faiz artacaq
19 Fevral 2019 Qarlı hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA
19 Fevral 2019 Anar Nəbiyev yeni mahnısını təqdim etdi - VİDEO
18 Fevral 2019 Xərçəng riskini artıran ərzaq - Hər gün istifadə edirik
18 Fevral 2019 Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
14 Fevral 2019 Siqaret çəkən avtobus sürücüsünün şəklini çəkənlər pul qazanacaq - VİDEO
13 Fevral 2019 Ohanyan Sarqsyanın üzünə durdu - Üzləşdirilmə vaxtı qarşıdurma
12 Fevral 2019 Bakda “Villa Inn” otelinin açılışı olub
11 Fevral 2019 Qəbul imtahanlarının vaxtı açıqlandı – Siyahı
08 Fevral 2019 Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicəsini öz üzərinə götürdü
08 Fevral 2019 4 gün yağış, qar yağacaq - Nazirlikdən xəbərdarlıq
07 Fevral 2019 “Nargilə dairəsi”ndə tıxacın aradan qaldırılması üçün çarə tapıldı
06 Fevral 2019 Pensiyaçılara şad xəbər - RƏSMİ
06 Fevral 2019 Ramil Usubovdan yeni - TƏYİNAT
05 Fevral 2019 Bakının Nobel prospekti 20-25 günlük tam bağlanacaq
04 Fevral 2019 Sürücülər yol polisini videoya çəkə bilərmi – DYP-dən açıqlama
01 Fevral 2019 Milli Məclisdə qazla bağlı MÜHÜM TƏKLİF
31 Yanvar 2019 Peşə təhsili barədə keçirilən layihə başa çatdı