b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n57.jpg
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilib.

BŞİH-dən Missiya.Az-a verilən xəbərə görə, müşavirəyə sədrlik edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev son illər ərzində Prezident İlham Əliyevin ölkədə təhsilə, xüsusi ilə də məktəbəqədər təhsil müəssisələrinə olan diqqət və qayğısının nəticəsində görülən işlər barədə məlumat verib.

Məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edən Elgin Həbibullayev bildirib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqları, həmçinin Heydər Əliyev Fondu tərəfindən son illərdə Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Onlar hər cür lazımi avadanlıq və inventarlarla təchiz olunublar. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır.

Elgin Həbibullayev öz çıxışında həm də paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, onlarda vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, fiziki tərbiyə məşğələlərinə, xüsusilə səhər gimnastikasının keçirilməsinə, estetik tərbiyə ilə bağlı həyata keçirilən tədbir və məşğələlərə, uşaqların bir şəxsiyyət kimi formalaşmasına yönəldilən tədbirlərə diqqətin artırılması, pedaqoji işçilərin yerləşdirilməsi və onların biliklərinin atırılması, bağçalarda tərbiyəçi-uşaq münasibətlərinə, uşaqlara xususi qayğı ilə yanaşma və s. məsələlərə toxunaraq bildirib ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islahatların aparılması planlaşdırılıb. Həmçinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, burada şəffaflığın təmin olunması ilə bağlı bağçalara qəbulun elektronlaşdırılması nəzərdə tutulub. Şəhərimizdəki bəzi bağçalarda məcburi köçkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər barədə məlumat verilib.

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində vəziyyət və mövcud problemlərin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev, Təhsil Nazirliyinin sektor müdiri Nərminə Alnağıyeva, bir sıra uçaq bağçalarının rəhbərləri çıxış edərək görülən işlərdən danışıb, problemlərlərin həlli ilə bağlı təkliflərini veriblər.

Seminarda bağçaların fəaliyyətində bir sıra müsbət və mənfi məqamları əks etdirən videofilm nümayiş etdirilib, toplantı iştirakçılarının sualları cavablandırılıb, onlara Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış məktəbəqədər təhsil müəssisələrinin pedaqoji əməkdaşları üçün metodiki təlimat və tövsiyələr paylanıb.
19 Dekabr 2018 Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlandı
18 Dekabr 2018 Bakıda avtomobillərin qiyməti bahalaşıb
17 Dekabr 2018 DYP-dən sürücülərə son xəbərdarlıq
14 Dekabr 2018 Güclü yağış yağacaq - Xəbərdarlıq
14 Dekabr 2018 LDU-da Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib
13 Dekabr 2018 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni - TƏYİNAT
13 Dekabr 2018 Mənzillərdə otaqların sayını artırmaq problem yarada bilər - VİDEO
12 Dekabr 2018 Duman, çiskin və külək olacaq - Sabahın hava proqnozu
11 Dekabr 2018 Qar, yağış, külək gözlənilir - HAVA
10 Dekabr 2018 Azərbaycanlı aparıcı nişanlandı – FOTO
10 Dekabr 2018 Sabah hava necə olacaq? - Proqnoz
08 Dekabr 2018 Baytarlara maşın veriləcək
07 Dekabr 2018 Daha 13 rayonda arıçılara subsidiyalar veriləcək - SİYAHI
07 Dekabr 2018 Bu şəxslər pulsuz psixoloji yardım alacaq - SİYAHI
07 Dekabr 2018 3 dərəcə şaxta olacaq, yağış, QAR YAĞACAQ - SABAHIN HAVASI
07 Dekabr 2018 DİQQƏT! Bu marşrut xətlərində dəyişikliklər edildi
06 Dekabr 2018 "Süründürməçiliyin aradan qaldırılması işləri aparılır" - Nazir
05 Dekabr 2018 Leysan və qar yağacaq - XƏBƏRDARLIQ
03 Dekabr 2018 Sinoptiklərdən leysan - XƏBƏRDARLIĞI
03 Dekabr 2018 Bakının bu ərazilərində su olmayacaq