b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_n55.jpg

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Gürcüstan Respublikasından fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar edilib.

Bu barədə Missiya.Az-a Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

n54.jpg

Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.

21 Yanvar 2019 Dumanla bağlı əhaliyə müraciət
21 Yanvar 2019 Səhiyyə Nazirliyi bu dərmanların satışını qadağan etdi
21 Yanvar 2019 “Güzəştli mənzil”in seçilməsində - YENİLİK
18 Yanvar 2019 Azərbaycanda notarius ləğv edilir
17 Yanvar 2019 Bakıda külək dayanacağı dağıdıb - FOTO
16 Yanvar 2019 Yanvarın 17-də uşaqları bağçalara aparmayın! - RƏSMİ XƏBƏRDARLIQ
15 Yanvar 2019 Dəniz Agentliyi hava ilə bağlı xəbərdarlıq etdi
14 Yanvar 2019 Güclü külək olacaq - Nazirlikdən xəbərdarlıq
11 Yanvar 2019 Bakı sakinlərinin diqqətinə - Bu rayonlarda su olmayacaq
09 Yanvar 2019 Zahid Sabirabadlının arvadı efirdə krediti üçün pul istədi - VİDEO
08 Yanvar 2019 Agentlik güzəştli mənzil almaq istəyənlərə müraciət etdi
03 Yanvar 2019 Bakıda bu məhsullar bahalaşdı - SİYAHI
29 Dekabr 2018 10 yaşlı "ARB Şəki" - FOTO
28 Dekabr 2018 Şimali Kiprdə AXC 100 və Həmrəylik Günü ilə bağlı tədbir keçirilib
27 Dekabr 2018 Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
26 Dekabr 2018 Tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklər – Siyahı
25 Dekabr 2018 Temperatur enəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ
25 Dekabr 2018 Sahibkarlar dörd qrupa bölündü - MÜHÜM QƏRAR
22 Dekabr 2018 "Sosial evlər" satışa çıxarıldı - QİYMƏTLƏR
22 Dekabr 2018 “Əmək pensiyaları haqqında” qanun dəyişdi