b_550_325_16777215_00_images_xeber_sekilleri_08avgust2018_1533902516_untitled-1.jpg
İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub.
 
Missiya.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.
 
B.Şahalıyevin sözlərinə görə, götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb: "Laboratoriyada analizlərin cavabları bu gün məlum olub. Müayinələrin cavablarına görə, həmin heyvanlarda xəstəlik yoxdur. Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb".
 
Xatırladaq ki, İsmayıllı rayonunun Girk kəndində 17 iribuynuzlu heyvanın süd vəzilərinin ön məmələri naməlum şəraitdə qoparılmışdı. Heyvan sahibləri məsələ ilə bağlı İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət edərək həmin heyvanların müayinə olunması və faktın hansı şəraitdə baş verməsinin səbəblərinin araşdırılmasını istəmişdi. İsmayıllı rayon Baytarlıq İdarəsi isə vəziyyəti araşdıraraq həmin heyvanlardan nümunələr götürüb Respublika Baytarlıq Laboratoriyasına göndərmişdi.
21 Avqust 2018 Şimşək çaxacaq, leysan yağacaq - Sabahın havası
21 Avqust 2018 "Babək”də 20 gün əvvəl istifadəyə verilən yol sökülür
20 Avqust 2018 Yol polisləri "Mercedes"ə keçir - BMW-lər bölgələrə göndəriləcək
20 Avqust 2018 Azərbaycanlı Kəbədə tapdığı pulqabını sahibinə qaytarıb
18 Avqust 2018 Şimşək çaxacaq, arabir yağış yağacaq – Sabaha olan hava proqnozu
18 Avqust 2018 Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artıb
17 Avqust 2018 Bakı küçələrində daha çox polis patrulları olacaq
17 Avqust 2018 Hava 4 gün qeyri-sabit keçəcək - Xəbərdarlıq
17 Avqust 2018 Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
17 Avqust 2018 Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq
16 Avqust 2018 Nazirlik pensiyaçıları sevindirdi
16 Avqust 2018 Sinoptiklər yağmursuz hava vəd edirlər
16 Avqust 2018 Azərbaycan əhalisinin sayı açıqlandı
16 Avqust 2018 Bu gün bir neçə rayonda qaz olmayacaq
15 Avqust 2018 Sabah bu ərazidə qaz təchizatında məhdudiyyət olacaq
15 Avqust 2018 İlk “DOST” mərkəzi bu ilin sonunda açılacaq
15 Avqust 2018 Müəllimlərin diqqətinə! - Nazirlikdən açıqlama
15 Avqust 2018 Temperatur yenidən yüksələcək
15 Avqust 2018 Bu rayonlarda su kəsiləcək
15 Avqust 2018 Azərbaycanda yeni kanat yolu çəkiləcək