b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_0041.jpg

Bakıda və Abşeron yarımadasında mayın 16-da hava şəraitinin az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 763 civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 16-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi və komfort temperatur şəraiti meteohəssas  insanlar üçün əlverişlidir.

20 Oktyabr 2018 Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı
19 Oktyabr 2018 Azərbaycanda orta ömür həddi açıqlandı
18 Oktyabr 2018 Bu Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır – Diqqətli olun
18 Oktyabr 2018 22 dərəcə isti olacaq - HAVA
18 Oktyabr 2018 Yol hərəkəti qaydaları SƏRTLƏŞDİRİLDİ
18 Oktyabr 2018 Prezidentin maaşlarını 2000 manata qaldırdığı şəxslərin TAM SİYAHISI
18 Oktyabr 2018 Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyətlər verildi
18 Oktyabr 2018 Yasamalın içməli suyu kəsiləcək
17 Oktyabr 2018 Yeni il ərəfəsində əfv olacaq? - AÇIQLAMA
17 Oktyabr 2018 Azərbaycan teleməkanında yeni layihə - VİDEO
17 Oktyabr 2018 Azərbaycana gətirilən kividə zərərli orqanizm aşkarlanıb - FOTO
17 Oktyabr 2018 Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
16 Oktyabr 2018 Sabah yağış yağacaq - HAVA
16 Oktyabr 2018 Yeni xəbər kanalı açılır
16 Oktyabr 2018 Etimad Əsədov vəfat etdi
15 Oktyabr 2018 Pensiyaçılara ŞAD XƏBƏR
15 Oktyabr 2018 Dəfn və yas mərasimləri ilə bağlı mühüm yenilik
15 Oktyabr 2018 Paytaxt hamamlarında 1 nəfərin istirahəti neçəyə başa gəlir? - VİDEO
15 Oktyabr 2018 Almaniya azərbaycanlılar üçün viza rejimini asanlaşdırır
13 Oktyabr 2018 İstirahət günü yağışlı keçəcək - HAVA