b_550_325_16777215_00_images_xeber_sekilleri_12aprel2018_yagis_3.jpg

Bakıda və Abşeron yarımadasında aprelin 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir  güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 766  mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 14-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 14-dən 15-i gündüzədək güclü xəzri küləyi fonunda temperaturun aşağı enməsi və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlarda narahatlıq yarada bilər.

Aprelin 14-dən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə  4-7 dərəcə aşağı enəcək.

19 İyul 2018 Temperatur enəcək - Leysan, dolu, sel gözlənilir - XƏBƏRDARLIQ
19 İyul 2018 Vüsal Hüseynov: Qanunsuz əmək fəaliyyətinə nəzarət gücləndiriləcək
18 İyul 2018 İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı
18 İyul 2018 Sabah 36 dərəcə isti olacaq
18 İyul 2018 Ömürlük müavinət qaydasına dəyişiklik edildi
17 İyul 2018 Sabah Bakının bir hissəsində qaz olmayacaq - SİYAHI
17 İyul 2018 Azərbaycanın ən kriminal rayonları - ANALİZ
17 İyul 2018 Piyadaların cəriməsi 2 dəfə artırıldı
17 İyul 2018 "İnzibati Xətalar Məcəlləsi"nə dəyişikliklər edildi
17 İyul 2018 Sabaha olan hava proqnozu açıqlanıb
17 İyul 2018 Bu ilin sentyabrından şəxsiyyət vəsiqələri dəyişəcək
16 İyul 2018 Müəllimlərin işə qəbulu üzrə imtahanlar başladı
16 İyul 2018 Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
16 İyul 2018 Deputat: "Yaşı 14-dən az olan qızlar hicab geyinməməlidir"
14 İyul 2018 Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq
14 İyul 2018 Nazirlikdən çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ
14 İyul 2018 Evlərə “kupça”nı necə almaq olar?
13 İyul 2018 Sabah hava küləkli olacaq
13 İyul 2018 Bu şəxslərin pensiya, müavinət və təqaüd ödənişləri dayandırıldı
12 İyul 2018 Bakıda işıqlar söndü – Metro dayandı – Rəsmi açıqlama