b_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_DSC_0049-768x510.jpg

Lənkəran Dövlət Universiteti  (LDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) daha bir qurumu-Lənkəran regional Elm Mərkəzi ilə  əməkdaşlıq edəcək.

Missiya.Az xəbər verir ki, bununla bağlı tərəflər arasında elmi və təcrübi əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb. Lənkəran Dövlət Universitetində keçirilən imzalanma mərasimində hər iki qurumun rəsmiləri iştirak ediblər.

Tədbiri LDU-nun rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov açıb.

N.İbrahimov son illərdə ölkədə elm və təhsilin inkişafında görülən işlərdən, iqtisadiyyatın yüksəldilməsinin əhalinin rifahına müsbət təsirindən ətraflı bəhs edib. Bildirib ki, universitetin əsas məqsədi peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək, elmi biliklərin təcrübədə tədbiqinə nail olmaqla, konkret uğurlara imza atmaqdır. Ölkə başçısı cənab İlham Əliyevin cənub bölgəsində kənd təsərrüfatını əsaslı şəkildə dirçəltmək məqsədi ilə verdiyi son sərəncamları yüksək dəyərləndirən LDU rəsmisi bildirib ki, çayçılığın, tərəvəzçiliyin, sitrus bağçılığın, çəltikçiliyin, baramaçılığın inkişafı ilə bağlı verilən  sərəncamlar ali təhsil müəssisələrinin üzərinə də peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək   vəzifəsini qoyur. Natiq İbrahimov bağlanan müqavilənin məhz bu məqsədə xidmət etdiyini  iştirakçıların diqqətinə çatdırıb.

AMEA-nın Lənkəran Regional Elmi  Mərkəzinin  direktoru, professor Fərman Quliyev cənub bölgəsində çayçılığın və sitrus meyvəçiliyin əvvəlki şöhrətinin qaytarılması istiqamətində başlanan işlərə yardımçı olacaqlarını,müştərək işin hər iki elmi quruma faydalı olacağını deyib.

Qeyd edək ki, peşəkar kadr hazırlığını yüksəltmək məqsədi daşıyan müqavilə müştərək tədqiqat və layihələrin həyata keçirilməsini, birgə elmi seminarlar və simpoziumların, konfransların təşkilini nəzərdə tutur.Eyni zamanda, müqavilə çərçivəsində elmi tədqiqat məqsədi ilə Lənkəran-Astara bölgəsinə  birgə ekspedisiyalar da təşkil olunacaq.


b_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_DSC_0024-768x510.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_12fevral2018_DSC_0055-768x510.jpg

 

14 Dekabr 2018 Güclü yağış yağacaq - Xəbərdarlıq
14 Dekabr 2018 LDU-da Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib
13 Dekabr 2018 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni - TƏYİNAT
13 Dekabr 2018 Mənzillərdə otaqların sayını artırmaq problem yarada bilər - VİDEO
12 Dekabr 2018 Duman, çiskin və külək olacaq - Sabahın hava proqnozu
11 Dekabr 2018 Qar, yağış, külək gözlənilir - HAVA
10 Dekabr 2018 Azərbaycanlı aparıcı nişanlandı – FOTO
10 Dekabr 2018 Sabah hava necə olacaq? - Proqnoz
08 Dekabr 2018 Baytarlara maşın veriləcək
07 Dekabr 2018 Daha 13 rayonda arıçılara subsidiyalar veriləcək - SİYAHI
07 Dekabr 2018 Bu şəxslər pulsuz psixoloji yardım alacaq - SİYAHI
07 Dekabr 2018 3 dərəcə şaxta olacaq, yağış, QAR YAĞACAQ - SABAHIN HAVASI
07 Dekabr 2018 DİQQƏT! Bu marşrut xətlərində dəyişikliklər edildi
06 Dekabr 2018 "Süründürməçiliyin aradan qaldırılması işləri aparılır" - Nazir
05 Dekabr 2018 Leysan və qar yağacaq - XƏBƏRDARLIQ
05 Dekabr 2018 Bakıda bağçalara qəbulla bağlı yenilik
03 Dekabr 2018 Sinoptiklərdən leysan - XƏBƏRDARLIĞI
03 Dekabr 2018 Bakının bu ərazilərində su olmayacaq
01 Dekabr 2018 Sabah qar yağacaq - HAVA
01 Dekabr 2018 Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı