b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_qarr.jpg

Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 5-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

19 Oktyabr 2018 Azərbaycanda orta ömür həddi açıqlandı
18 Oktyabr 2018 Bu Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır – Diqqətli olun
18 Oktyabr 2018 22 dərəcə isti olacaq - HAVA
18 Oktyabr 2018 Yol hərəkəti qaydaları SƏRTLƏŞDİRİLDİ
18 Oktyabr 2018 Prezidentin maaşlarını 2000 manata qaldırdığı şəxslərin TAM SİYAHISI
18 Oktyabr 2018 Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyətlər verildi
18 Oktyabr 2018 Yasamalın içməli suyu kəsiləcək
17 Oktyabr 2018 Yeni il ərəfəsində əfv olacaq? - AÇIQLAMA
17 Oktyabr 2018 Azərbaycan teleməkanında yeni layihə - VİDEO
17 Oktyabr 2018 Azərbaycana gətirilən kividə zərərli orqanizm aşkarlanıb - FOTO
17 Oktyabr 2018 Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
16 Oktyabr 2018 Sabah yağış yağacaq - HAVA
16 Oktyabr 2018 Yeni xəbər kanalı açılır
16 Oktyabr 2018 Etimad Əsədov vəfat etdi
15 Oktyabr 2018 Pensiyaçılara ŞAD XƏBƏR
15 Oktyabr 2018 Dəfn və yas mərasimləri ilə bağlı mühüm yenilik
15 Oktyabr 2018 Paytaxt hamamlarında 1 nəfərin istirahəti neçəyə başa gəlir? - VİDEO
15 Oktyabr 2018 Almaniya azərbaycanlılar üçün viza rejimini asanlaşdırır
13 Oktyabr 2018 İstirahət günü yağışlı keçəcək - HAVA
11 Oktyabr 2018 Leysan yağışları Azərbaycana qayıdır - XƏBƏRDARLIQ