b_550_325_16777215_00_images_xeber_sekilleri_03oktyabr2017_hava.jpg
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
09 Dekabr 2017 Sinoptiklərdən hava müjdəsi
07 Dekabr 2017 Bakıya qar yağacaq? - AÇIQLAMA
06 Dekabr 2017 Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
06 Dekabr 2017 "Whatsapp"dan daha bir yenilik - "Virtual katibə" gəlir
06 Dekabr 2017 Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? - VİDEO
05 Dekabr 2017 Masazır məktəbində "yolka" almaq üçün pul yığılır
05 Dekabr 2017 Azərbaycanda avtomobillərin qiyməti artır
01 Dekabr 2017 "Eşidilməyən səslər" teatr tamaşalarının təşkili çərçivəsində təlimlər keçirilib
01 Dekabr 2017 Bürclər 2017-ci ilin dekabr ayı üçün nə deyir?
30 Noyabr 2017 20 dərəcə şaxta, normadan artıq isti - Dekabrın havası
29 Noyabr 2017 Hava proqnozu açıqlandı, sabahdan qar başlayır...
27 Noyabr 2017 Qərbi Kaspi Universitetinin Texnoparkı barədə Türkiyə mediasında
27 Noyabr 2017 Evi plana düşüb sökülənləri gözləyən təhlükə
27 Noyabr 2017 Bakıda məşhur məktəbin direktoru işdən çıxarıldı
27 Noyabr 2017 Bu gecə Azərbaycanda şaxta olacaq - PROQNOZ
25 Noyabr 2017 "Kiçik Akademiya"nın hesabat tədbiri keçirilib - FOTO
23 Noyabr 2017 Bu məmurlara xidməti avtomobil veriləcək - VİDEO
23 Noyabr 2017 Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
22 Noyabr 2017 Qarşıdakı 2 günə DİQQƏT: Bakıya yağış, qar gəlir - Az öncə açıqlandı...
21 Noyabr 2017 Sabah bəzi yerlərdə sulu qar yağacaq