b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_cvdcvffrevvfdc.jpg

Aprel döyüşlərindən sonra bir neçə dəfə “ölüb-dirilən” Qarabağ separatçısı meydana çıxdı; Üzeyir Cəfərov: “Məlum oldu ki, bunların aprel döyüşündə heç tanklara tökməyə yanacaqları belə olmayıb və yanacaq əvəzində hərbi texnikanın çənlərinə su doldururlarmış”

Missiya.Az musavat.com-a istinadən xəbər verir ki, aprel hadisələrinin ildönümü yaxınlaşdıqca düşmən tərəf vaxtaşırı həm qorxduğunu nümayiş etdirir, həm də Azərbayacana yönəlik hədə bəyanatları verməklə qorxduğunu ört-basdır etməyə çalşır.

Növbəti dəfə Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “müdafiə naziri” general-leytenant Levon Mnatsakanyan öz sayıqlamaları ilə diqqət çəkməyə çalışıb. Bununla bağlı Musavat.com erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, erməni general aprel döyüşlərindən sonra mühəndis-istehkam işləri və silahlanma ilə bağlı məsələlərin yerinə yetirilməsi işlərinin sürətləndirildiyini deyib. Erməni nəşrinə müsahibəsində o bildirib ki, Azərbaycanın aprel “hücumu” onları işlərini sürətləndirməyə sövq edib.

“Aprel hadisələri sübut etdi ki, düşmən öz strategiyasını dəyişib. Təbii olaraq biz də hərbi qulluqçularımızın hazırlıq metodikasını dəyişdik” - L.Mnatsakanyan iddia edib.

Daha sonra o, Qarabağdakı snayperlərin hazırlıq səviyyəsindən dəm vurub. İddia edib ki, Qarabağdakı snayperlər Azərbaycan tərəfin snayperlərindən bir neçə dəfə yaxşı səviyyədə hazırlanıb. Azərbaycanın ordusunun ən müasir silahlarla təchiz olunması sualının cavabında erməni separatçısı absurd iddia səsləndirib. Deyib ki, “müasir silah almaq hələ o demək deyil ki, onlar onu tətbiq etməyi bacarırlar”.

Erməni generalın digər iddiaları da sayıqlama təsiri bağışlayır. Keçən ilin aprel hadisələrindən sonra bir neçə dəfə öldü-qaldısı barədə ziddiyyətli xəbərlər yayılan Levonun “xoruzlanması” maraqlı məsələdir. Ola bilsin ki, o, İrəvandan, yaxud da Moskvadan aldığı təlimata uyğun şəkildə ortaya çıxıb və Azərbaycanı cavab tədbirləri görməyə sövq etmək istəyir.

“Dağlıq Qarabağ separatçılarının “müdfiə naziri” Levon Mnakaçanyan deyəsən, yenidən “xortlayıb”. Biir neçə gün bundan əvvəl Ermənistanın aparıcı media orqanları bu yaramazın guya Azərbaycanın işğal altında olan ərazilərində ezamiyyət zamanı “ağır yaralanması” barəsində məlumat yaymışdılar”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi.

Ekspertin sözlərinə görə, bu bədnam general “xortlayandan” dərhal sonra elə bir açıqlama ilə çıxış edib ki, adamım sadəcə gülməyi gəlir: “Mən bu bədbəxtin sayıqlamalarını çox vaxt sərf etmədən onun snayperlərlə - kəskin atıcılarla - bağlı dediyi sözlərin bir məqamına toxunmaqla onun necə bisavad, necə diletant olmasını sizə sübut etməyə çalışacağam. Bu binavənin deməsinə görə, 2016-cı ilin aprel hadisələrinə qədər bunlarda snayperlərlə iş lazımı səviyyədə qurulmayıbmış. Yalnız o hadisələrdən sonra bu kateqoriyadan olan hərbçilərin hazırlıqlarına xüsusi diqqət ayırmağa başlayıblar. Özü də, onların daha çox gecə hazırlıqlarına önəm verilib. Və guya bu illər ərzində onlar əldə edə bilmədikləri nəticəni bu tam olmayan 11 aya əldə ediblər. Vallah, adam bunların bu qədər həyasız davranışlarına və sayıqlamalarına mat-məttəl qalır. Əvvala, ay bədbəxt əldəqayırma general-leytenant, sənin əgər həqiqətən də hərbi savadın və ya bacarığın varsa, bilməlisən ki, 1 ilə yaxşı snayper hazırlamaq ancaq və ancaq inkişaf etmiş ölkələr üçün əlçatan bir işdir”.

Ü.Cəfərov erməni ordusunun durumu ilə bağlı elə Ermənistanda açıqlanan faktarı xatırlatdı: “Dünənə kimi erməni ordusu “bəh-bəh”lə təriflənirdisə, son zamanlar məlum oldu ki, bunların aprel döyüşündə heç tanklara tökməyə yanacaqları belə olmayıb və yanacaq əvəzində hərbi texnikanın çənlərinə su doldururlarmış. Bunu ki, biz yox, işğalçı ölkənin hazırkı baş naziri Karen Karapetyan və yeni müdafiə nazirləri Vigen Sərkisyan özləri etiraf ediblər. Bu zavallı general özünü “çox ağıllı” göstərmək üçün deyir ki, həqiqətən də Azərbaycanın çox güclü silahları var. Amma öz xain və xəbis erməni ənənəsinə sadiq qalaraq deyir ki, müasir texnikanın və silahın olması hələ o deyil ki, sən onu istifadə edə bilirsən. Beləsinə demək lazım, ay bədbəxt erməni dığası, unutma ki, siz az qala öz aravadlarınızın da bəzi məsələlərini ruslara və digər millətlərə həvalə edib, “kişilikdən” dəm vurasınız! Əslində erməni “general”ın sayıqlamaları Azərbaycana onun və onun kimilərin necə ağılsız olmasını bir daha başa salmaq üçün çox gözəl şans yaradır”.

Qeyd edək ki, bu arada Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir. Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.

Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür. Ermənistanda keçiriləcək seçkilər ərəfəsində Serj Sərksiyanın diqqəti Qarabağ cəbhəsinə yönəltmək və seçki saxtakarlığını rahat şəkildə həyata keçirmək üçün təxribatlara əl atacağı barədə ehtimallar özünü doğruldur.

Hərbi ekspert Ü.Cəfərov da Azərbaycanın işğal altındakı ərazilərdə keçirilən növbəti hərbi təlimləri də təxribat cəhdi kimi qiymətləndirdi və ordumuzun düşmənə sarsıdıcı zərbə vurmaq üçün hər an hazır olmasını zəruri saydı.

16 Dekabr 2019 YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüş oldu - FOTOLAR
16 Dekabr 2019 Zelenski Azərbaycana gəlir
16 Dekabr 2019 Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir”
13 Dekabr 2019 Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək vəzifə verdi
12 Dekabr 2019 Bu, Ermənistan hakimiyyətinin saxtakar, çirkin xislətindən xəbər verir - BƏYANAT
12 Dekabr 2019 YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb - SİYAHI
11 Dekabr 2019 Prezidentdən yeni TƏYİNAT - SƏRƏNCAM
11 Dekabr 2019 Prezident İlham Əliyev sərəncam İMZALADI
11 Dekabr 2019 YAP rəsmiləri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
10 Dekabr 2019 İlham Əliyev və İordaniya Kralının təkbətək görüşü olub - FOTO
10 Dekabr 2019 YAP seçkidə iştirakla bağlı qərar verdi
10 Dekabr 2019 Putin və Zelenski arasında görüş olub - FRANSADA
09 Dekabr 2019 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM
09 Dekabr 2019 Daha bir erməni təxribatı: Türkiyənin 20 şəhərinə göz dikdilər
09 Dekabr 2019 Azərbaycan Sankt-Peterburqda keçiriləcək foruma dəvət olunub
06 Dekabr 2019 İlham Əliyev: TRACECA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
06 Dekabr 2019 Prezident: "İnsanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"
05 Dekabr 2019 Parlamentə növbədənkənar seçkilərin vaxtı bilindi - Prezidentdən sərəncam
05 Dekabr 2019 Fuad Muradov: Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilə bilər
04 Dekabr 2019 Türkiyə Xarici İşlər Nazirliyi Paşinyana cavab verib