b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_spt-408825071.jpg

Rusiya səfirliyinin əməkdaşları Aleksandr Lapşin ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, bu barədə Trend-ə Rusiya səfirliyinin mətbuat katibi Denis Apaşkin deyib.

"Mart ayının 15-i səfirliyin əməkdaşları 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Aleksandr Lapşin ilə görüşüb. Onun heç bir şikayəti yoxdur, vəziyyəti normaldır. İstintaq davam edir. Səfirlik Lapşinin vəkili ilə mütəmadi əlaqə saxlayır", - Denis Apaşkin deyib.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

13 Dekabr 2019 Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək vəzifə verdi
12 Dekabr 2019 Bu, Ermənistan hakimiyyətinin saxtakar, çirkin xislətindən xəbər verir - BƏYANAT
12 Dekabr 2019 YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb - SİYAHI
11 Dekabr 2019 Prezidentdən yeni TƏYİNAT - SƏRƏNCAM
11 Dekabr 2019 Prezident İlham Əliyev sərəncam İMZALADI
11 Dekabr 2019 YAP rəsmiləri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
10 Dekabr 2019 İlham Əliyev və İordaniya Kralının təkbətək görüşü olub - FOTO
10 Dekabr 2019 YAP seçkidə iştirakla bağlı qərar verdi
10 Dekabr 2019 Putin və Zelenski arasında görüş olub - FRANSADA
09 Dekabr 2019 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM
09 Dekabr 2019 Daha bir erməni təxribatı: Türkiyənin 20 şəhərinə göz dikdilər
09 Dekabr 2019 Azərbaycan Sankt-Peterburqda keçiriləcək foruma dəvət olunub
06 Dekabr 2019 İlham Əliyev: TRACECA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
06 Dekabr 2019 Prezident: "İnsanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"
05 Dekabr 2019 Parlamentə növbədənkənar seçkilərin vaxtı bilindi - Prezidentdən sərəncam
05 Dekabr 2019 Fuad Muradov: Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilə bilər
04 Dekabr 2019 Türkiyə Xarici İşlər Nazirliyi Paşinyana cavab verib
04 Dekabr 2019 Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq - RƏSMİ
03 Dekabr 2019 Prezident İlham Əliyev daha bir məmuru işdən çıxardı
03 Dekabr 2019 İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO