b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_56555666.jpg
"Soçidə "KiViN-2017" Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata münasibətiniz necədir" sualına millət vəili Qənirə Paşayeva özünün Facebook hesabnda münasibət bildirib.  

Missiya.Az 
xəbər verir ki, millət vəkili vurğulayb ki, bu əməli qətiyyətlə pisləyir və etiraz edir. 
 
Qeyd edək ki, 10 yanvarda Soçidə "KiViN-2017" Şən və Hazırcavablar Klubunuan 28-ci beynəlxalq festivalı başlayıb. Bu festivalda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan "Bakı yığması" iştirak edir. Bu festivalda eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separat rejimi təmsil edən "Çörək və duz ilə" adlı komanda da iştirak edir. Dünən bizim komandamız Soçiyə layiqli çıxış etmək üçün yola düşmüşdür. Lakin ŞHK Beynəlxalq İttifaqın prezidenti Aleksandr Maslyakovun festivalda çıxış etmək üçün Qarabağdan olan komandanı dəvət etməsi ölkəmiz üçün gözlənilməz dönüş olub. İnformasiyanın təsdiqi üçün Sputnik Azərbaycan "AMİK" televiziya birliyinə müraciət edib, lakin burda bu informasiyanı şərh edə bilməyiblər.  Qeyd ediblər ki, əgər Qarabağdan olan komandanın adı iştirakçıların siyahısında varsa, o zaman bu komanda dəqiq iştirak edir. ŞHK rəsmi internet portalında qeyd edilən siyahıda komandanın adı qeyd edilib.
 
Qənirə Paşayeva qeyd edib ki, əgər bu informasiyalar doğrudursa təcili olaraq ölkəmizin rəsmi qurumları səviyyəsində Rusiya tərəfinə etiraz ünvanlanmalıdır: "Mədəniyyət və Turizm Nazirliyi bu təxribatın qarşısını almaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı rejimi təmsil edən komandanın təcili olaraq festivaldan uzaqlaşdırılması üçün addımlar atmalı, əks halda Azərbaycan komandasının etiraz bəyanatı ilə festivaldan çıxacağını bəyan etməlidir. Əgər separatçı rejimi təmsil edən komanda festivaldan uzaqlaşdırılmasa Azərbaycan komandası etiraz bəyanatı verərək yarışmanı tərk etməlidir. Bu hadisə birbaşa təxibatdır, Azərbaycan ərazi bütövlüyünə qarşı sayğısızlıqdır və buna ciddi eitraz edir, baş verən təxribatı kəskin pisləyir, qınayırıq. Rusiyada yaşayan diaspor təşkilatlarımıza müraciət edərək onları bu təxribatın qarşısının alınmasında fəal olmağa çağırırıq. Rusiyada yaşayan bütün diaspor təşkilatlarımızın, insanlarımızın bu təxribata ciddi etiraz edərək festivalın təşkilatçılarına və Rusiyanın müvafiq qurumlarına müraciətlər göndərməsi vacibdir. Çünki bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin tənzimlənməsində obyektiv rol oynaya biləcəyini bir daha şübhə altına almış olur, rəsmi Moskvanın vasitəçilik missiyasına da ziddir. Azərbaycanın ərazi bütövlüyü Rusiya da daxil olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır və separatçı rejimin təmsilm edən komandanın belə bir festivala dəvət edilməsi Azərbaycanın ərazi bütovlüyünə sayğısızlıqdır və bu yol verilməzdir".
 
AMİK şirketine etiraz etmək üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
 
"ТТО "АМИК
Телефоны: +7 (495) 966-34-35, amik@amik.ru
Концертный отдел:
Телефон: +7 (495) 644-61-91, +7 (495) 644-61-59. 
E-mail: kvnconcert@gmail.com.
27 İyul 2017 İkinci çevriliş və sui-qəsdlər - Türkiyəni bu tarixdə vuracaqlar
26 İyul 2017 Lapşin İsrailə ektradisiya olunmaq üçün ərizə yazdı
26 İyul 2017 Azərbaycana İŞİD xəbərdarlığı - RƏSMİ
25 İyul 2017 Ərdoğan dünya müsəlmanlarına çağırış etdi
24 İyul 2017 ABŞ üçün ən böyük təhdid Rusiyadır
24 İyul 2017 Emin Ağalarov: “Tramp haqqında sual verməyin”
23 İyul 2017 Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırdı
22 İyul 2017 Putin: "İlham Əliyevlə görüşməsəm problem ola bilər"
22 İyul 2017 İlham Əliyev və Vladimir Putin Qarabağ münaqişəsini müzakirə ediblər
21 İyul 2017 İlham Əliyev Putinlə görüşəcək
20 İyul 2017 İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub
19 İyul 2017 Çavuşoğlu Bakıda Ermənistana xəbərdarlıq etdi
18 İyul 2017 İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatdı
17 İyul 2017 Azərbaycan-Latviya biznes forumu keçirilib - FOTO
16 İyul 2017 Ərdoğan: Biz dostumuzu da, düşmənimizi də tanıyırıq
15 İyul 2017 Prezidentdən sərt xəbərdarlıq: “Cəzanız cərimə ilə bitməyəcək…”
14 İyul 2017 AKP: İlham Əliyevə və Azərbaycan xalqına minnətdarıq
14 İyul 2017 Ərdoğan: "Türkiyə Qərbdən öndədir"
14 İyul 2017 Siyavuş Novruzov: "Azərbaycandakı səfirliklərdə erməni mənşəli diplomatlar..."
13 İyul 2017 Prezident məmurlara vaxt verdi - Cəza tədbirləri görüləcək - VİDEO