b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_aliyevilham10.01.17.jpg

" Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb."

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ordusu işğalçılara çox ciddi zərbələr endirib:

"2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır."

Aprel döyüşlərinin Azərbaycanın şanlı tarixi olduğunu deyən ölkə başçısı, 2016-cı ilin münaqişənin həlli ilə bağlı çox önəmli il olduğunu vurğulayıb:

"Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik."

Bizim istəyimiz işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır deyən İlham Əliyev, Azərbaycanın bu məqsədinə doğru addımladığını bildirib.

"Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur."

29 Aprel 2017 Türkiyədə “Vikipediya”ya giriş bağlandı
29 Aprel 2017 Rus diplomatının anti-Azərbaycan mövqeyi kəskin etirazlar doğurdu
28 Aprel 2017 Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb
28 Aprel 2017 Moskvada Qarabağ müzakirələri başlayır - razılaşma olmasa, müharibə başlayacaq?
27 Aprel 2017 Prezident sərəncam imzaladı: 3 milyon ayrıldı
27 Aprel 2017 Türkiyəli deputat: “Beynəlxalq birlik Qarabağ məsələsində ikiüzlülük göstərir”.
26 Aprel 2017 YAP-ın Nizami rayon təşkilatına yeni sədr müavini seçildi - Video
26 Aprel 2017 Çexiya parlamenti uydurma “erməni soyqırımı”nı tanıyıb
25 Aprel 2017 Şahin Əliyev: "Qanun Prezident Administrasiyasını ləğv edə bilməz"
25 Aprel 2017 Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına Ankaradan reaksiya - VİDEO
25 Aprel 2017 DTX-ya yeni səlahiyyət verildi
24 Aprel 2017 Azərbaycan diplomatiyası Ermənistanın daha bir təxribatının qarşısını aldı
24 Aprel 2017 Ərdoğan sözünü tutdu - Suriyada böyük əməliyyat başlayır - VİDEO
23 Aprel 2017 Fransada prezident seçkiləri: ilkin nəticələr açıqlandı
22 Aprel 2017 Amerikalı qubernatordan ermənipərəst mövqe - Türkiyəyə xain zərbə
22 Aprel 2017 AXCP ətrafında “saxta mühacir” qalmaqalı böyüyür
21 Aprel 2017 Məleykə Abbaszadə: “Məni siyasi müstəviyə çəkirlər”
21 Aprel 2017 Diaspor rəhbəri: "İş adamları ilə görüş keçirəcəyik" - VİDEO
21 Aprel 2017 Rusiya Təhlükəsizlik Xidmətinə hücum - ölənlər var - VİDEO
21 Aprel 2017 İlham Əliyev İlümjinovu qəbul edib - FOTO