b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1597413617_3e3cac61-6e89-3654-a009-356d6ed3ef15_850.jpg
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir.
 
Missiya.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
 
Bildirilib ki, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.
 
Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.
 
Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.
Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.
 

30 Sentyabr 2020 Lavrov Moskvada Azərbaycan və Ermənistan görüşünü təşkil etməyi təklif edir
30 Sentyabr 2020 Prezident: “Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin”
30 Sentyabr 2020 Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
30 Sentyabr 2020 Çavuşoğlu: “Ermənistanın Azərbaycana hücumlarına cavab verilməlidir”
29 Sentyabr 2020 Pakistanın səfiri: “Biz "Qarabağ Azərbaycandır!" deməkdən çox xoşbəxtik”
29 Sentyabr 2020 İlham Əliyev: “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”
29 Sentyabr 2020 Angela Merkel İlham Əliyevə zəng edib
28 Sentyabr 2020 Füzuli-Cəbrayıl istiqamətində döyüşlər gedir - Düşmən hədəfləri məhv edilir - VİDEO
28 Sentyabr 2020 Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə ediblər
25 Sentyabr 2020 Azərbaycan Prezidenti Ermənistanla müharibə ehtimalından danışıb
24 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimlərlə bağlı yeni görüntülər yaydı - VİDEO
24 Sentyabr 2020 Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ
23 Sentyabr 2020 Qüdrət Həsənquliyevlə bağlı məsələ böyüyür - Cəzalandırıla bilər
23 Sentyabr 2020 Ordumuzun artilleriya bölmələri atəş açdı - VİDEO
23 Sentyabr 2020 Rəcəb Tayyib Ərdoğan BMT-də Qarabağ problemini qaldırıb
22 Sentyabr 2020 Ceyhun Bayramovdan yüksək vəzifəyə TƏYİNAT
22 Sentyabr 2020 “Əsrin müqaviləsi” Azərbaycanda yeni neft erasının başlanğıcı oldu
21 Sentyabr 2020 Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
21 Sentyabr 2020 “Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
18 Sentyabr 2020 Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi