b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ddfdfdf.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlıyla həmkarı Musa Qasımlı arasında qalmaqal yaşanıb.

Missiya.Az xəbər verir ki, buna səbəb pandemiya dövründə  Yardımlı rayonunda əhaliyə  yardım ərzaqlarının çatdırılmaması iddiası ilə bağlıdır. Belə ki, bir neçə gündür ki, deputat S. Rüstəmxanlı bu barədə mediada çıxış edib.

Bu gün parlamentin iclasında Yardımlıdan seçilən deputat Musa Qasımlı çıxış edərək bildirib ki, seçildiyi rayonda ərzaq payları ünvanı üzrə çatdırılıb. Bu məsələ ilə bağlı heç bir problem yoxdur. 

Daha sonra çıxış edən S. Rüstəmxanlı isə vurğulayıb ki, Yardımlıda əhali üçün ayrılan ərzaqların ünvanlara çatdırılmaması ilə bağlı mətbuatda obyektiv çıxış edib: “Mənə bu barədə insanlar müraciət edib və onların adından danışmışam. Amma Musa Qasımlı görünür, icra başçısının adından danışır. Onun seçicilərdən xəbəri yoxdur. Getsin kəndlərdə yaşayan əhalidən bu barədə soruşsun”.

Deputat Musa Qasımlı daha sonra çıxış edərək S. Rüstəmxanlıya belə reaksiya verib : “25 il deputatlıq müddətində 25 yetimin yesirin qapısını açmayan adamın millət adından danışmasına haqqı yoxdur və bu çox miskin görünür”.



03 İyun 2020 Belarus Prezidenti hökuməti buraxdı
02 İyun 2020 Prezident Sumqayıtla bağlı sərəncam imzaladı
01 İyun 2020 Azərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildi
01 İyun 2020 SON DƏQİQƏ! İlham Əliyev tikinti ilə bağlı vacib fərman imzaladı
01 İyun 2020 İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans keçirdi
25 May 2020 XİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidir
22 May 2020 İşdən çıxarılan Qarayevin qara günləri başlayır - Prezidentdən yeni XƏBƏRDARLIQ
21 May 2020 Prezident nazir müavini təyin etdi
21 May 2020 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM
21 May 2020 Prezident İmişli rayonuna İcra Başçısı təyin etdi - SƏRƏNCAM
15 May 2020 Gənclər Cənab Prezidentə minnətdardır
15 May 2020 Donald Tramp Azərbaycan Prezidentini təbrik etdi
14 May 2020 Prezidentdən Tibb Universitetilə bağlı SƏRƏNCAM
14 May 2020 Prezident bu rayona 652 min manat ayırdı - SƏRƏNCAM
13 May 2020 Azərbaycanda məmurlar vətəndaşları belə qəbul edəcək - Prezidentdən FƏRMAN
13 May 2020 Konstitusiya Məhkəməsi Zakir Qaralov barədə qərar verə bilər
13 May 2020 Baş Nazir yeni qərar imzaladı
12 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska fabrikinin açılışını etdilər - FOTO
09 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
08 May 2020 Vladimir Putin Azərbaycan xalqını təbrik etdi