b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ilhamaliyev_5e4bd9ab66125.jpg

"Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır"

Kimsə işçiləri 8 saatdan artıq işlədirsə, cəzasını alacaq.

Missiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir:

"Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur".

İlham Əliyev qeyd edib ki, ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır:

"Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.

Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır".



07 Aprel 2020 Səudiyyə Ərəbistanı neftlə bağlı Rusiyaya ultimatum verib
06 Aprel 2020 Hərbi xidmətə çağırışla bağlı RƏSMİ MƏLUMAT
06 Aprel 2020 İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
04 Aprel 2020 İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi
02 Aprel 2020 Rusiyadan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
02 Aprel 2020 Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarın qüvvəyə minmə vaxtını uzatdı
31 Mart 2020 İlham Əliyev: Kimsə vəzifədə olan dostlarına arxalanmasın
31 Mart 2020 Evdən çıxarkən üstünüzdə bu SƏNƏDLƏR OLSUN - XƏBƏRDARLIQ
27 Mart 2020 "Boş şey deməklə” əllərimizi yelləsək mənzillərimizdə hər gün meyid görəcəyik" - Mirşahin Ağayev
25 Mart 2020 Qeyri-iş günləri bu dövlət orqanları və qurumlarına aid deyil - SİYAHI
19 Mart 2020 Prezident koronavirusa görə 1 milyard manat ayırdı - SƏRƏNCAM
18 Mart 2020 Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi
16 Mart 2020 Prezident sərəncam imzaladı: 63 min nəfər əhaliyə ŞAD XƏBƏR
13 Mart 2020 Prezident "Azərsığorta"nın sədrini işdən çıxardı - SƏRƏNCAM
12 Mart 2020 Prezidentin Ukraynaya səfir təyin etdiyi Elmira Axundova kimdir? - DOSYE
12 Mart 2020 Vaşinqtonda fövqəladə hal elan edildi - Koronavirusa görə
11 Mart 2020 Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü
10 Mart 2020 Zahid Oruc da komitə sədri oldu
10 Mart 2020 Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL
08 Mart 2020 Mehriban Əliyeva qadınları təbrik etdi - FOTO