b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_effgffhfghgthghhnnhhgh.jpg

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirilən iqtisadi, sosial layihələr nəticəsində xalq iqtidara inanır və etibar edir. Təkcə 2019-cu ildə əhalinin maddi və iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən xeyli sayda yeni sərəncam və fərmanlar imzalanıb. Ümidvaram ki, bu xalq-iqtidar vəhdəti bu ilin dekabr ayında keçiriləcək bələdiyyə və 2020-ci ildə Milli Məclisə seçkilərdə özünü bariz nümayiş etdirəcək”.

Missiya.Az xəbər verir ki, bu açıqlamanı Milli Məclisin üzvü Xanlar Fətiyev verib.

Deputatın sözlərinə görə, Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində YAP təxminən 18 000-ə yaxın namizəd irəli sürəcək. Təbii ki onların seçilməsi və müəyyənləşdirilməsi üçün artıq dairələr üzrə bütün şəhər və rayonlarda işlər aparılır.

“Bələdiyyələr yerli özünü idarəetmə orqanı kimi demokratik cəmiyyətin bir hissəsi olduğunu nəzərə alsaq qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Patriyası hakim partiya olaraq buna çox böyük önəm verir və hər bir seçkiyə olduğu kimi bələdiyyə seçkilərinə çox böyük əzmlə hazırlaşır” - deyə millət vəkili əlavə edib.

 

17 Yanvar 2020 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi öldürülüb
17 Yanvar 2020 Putin Kadırova yüksək vəzifə təklif edib
16 Yanvar 2020 Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq
16 Yanvar 2020 MTRŞ sədri: "İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər normaldır"
15 Yanvar 2020 Prezident və xanımı Xoşbəxt Yusifzadənin yubileyində - FOTO
14 Yanvar 2020 Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ
13 Yanvar 2020 Prezident Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif etdi
13 Yanvar 2020 Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
09 Yanvar 2020 İranda təyyarə qəzası ilə bağlı matəm elan edilib
09 Yanvar 2020 İranın hücumu nəticəsində ABŞ-a nə qədər zərər dəyib?
08 Yanvar 2020 Tramp Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
08 Yanvar 2020 SON DƏQİQƏ! İranın hərbi bazaya hücumu nəticəsində 80 ABŞ əsgəri öldürülüb
07 Yanvar 2020 Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi
07 Yanvar 2020 Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb
07 Yanvar 2020 ABŞ İranın XİN rəhbərinə viza verməkdən imtina edib
06 Yanvar 2020 Ərdoğan: Qasım Süleymaninin qətlinin cavabı verilməlidir!
04 Yanvar 2020 İran BMT-yə müraciət etdi
03 Yanvar 2020 General Qasım Süleymani öldürüldü - ABŞ vurub
27 Dekabr 2019 YAP siyahını MSK-ya təqdim etdi – “123 dairədən namizədimiz var”
27 Dekabr 2019 YAP-ın iclası başladı: Namizədlər açıqlanacaq