b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_jhhjjjyyuyuuiuiiu.jpg

Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.

Missiya.Az xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.

Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq. 

Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. 

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

İyulun 31-də Türkiyənin aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

apa.az

26 Fevral 2020 İlham Əliyev Xocalı abidəsini ziyarət etdi
25 Fevral 2020 Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 2020 DTX-nin sorğuladığı xanım müavin işdən çıxarıldı
25 Fevral 2020 Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”
24 Fevral 2020 Prezident Ponomaryovu təltif etdi
24 Fevral 2020 Azərbaycan Prezidentinin köməkçisindən koronavirusla bağlı AÇIQLAMA
24 Fevral 2020 Həsən Ruhani koronovirusdan danışdı: "Qorxusu gerçəkliyindən daha çoxdur" - VİDEO
21 Fevral 2020 Ukrayna qondarma “erməni soyqırımı” layihəsini rədd etdi
20 Fevral 2020 İlham Əliyev İtaliyada Sercio Mattarellanı ilə geniş tərkibdə görüş keçirib
20 Fevral 2020 GƏRGİNLİK! ABŞ və Rusiya arasında neft müharibəsi - Zirehli texnikalar üz-üzə - Anbaan VİDEO
19 Fevral 2020 Məzahir Pənahov seçki qutularından danışdı
19 Fevral 2020 Ərdoğan Suriyada türk əsgərlərinin öldürülməsilə barışacaqmı? - Gərginlik artır - ŞƏRH
19 Fevral 2020 Ərdoğan: "Türkiyə hər an İdlibdə hərbi əməliyyatlara başlaya bilər"
19 Fevral 2020 ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
18 Fevral 2020 "Kimsə işçiləri 8 saatdan artıq işlədirsə, cəzasını alacaq" - İlham Əliyevdən növbəti XƏBƏRDARLIQ
18 Fevral 2020 Prezident daha bir məmuru qəbul etdi
18 Fevral 2020 Mikayıl Cabbarovdan bu sahibkarlara - ŞAD XƏBƏR
17 Fevral 2020 Ayaz Mütəllibov Paşinyanın ittihamlarına CAVAB VERDİ - VİDEO
17 Fevral 2020 MSK bu gün yenə toplanır - Nəticələr ləğv ediləcəkmi?
15 Fevral 2020 MSK bir şikayəti əsassız hesab etdi - RƏSMİ