b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fdgfhghjghjgjhhj.jpg

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Missiya.Az-a daxil olan bəyanatda deyilir:

"Ermənistan baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.

Bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir.

Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir.

Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndində etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu.

Bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb.

Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək.

Niyyəti həqiqətən inkişaf və tərəqqi olan bir ölkənin rəhbərliyi təcavüzkar siyasət arxasında gizlənərək növbəti 30 ili hədəfləyən xəyali məqsədlər güdməz, əksinə, mövcud vəziyyəti qiymətləndirərək, beynəlxalq hüquqa hörmət əsasında qonşu ölkələrlə münasibətləri normallaşdıraraq daha real nəticələr əldə etməyə hədəflənər. Görünür Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və Ermənistan xalqını aldatmaqla məşğuldur.

Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir".

10 Dekabr 2019 İlham Əliyev və İordaniya Kralının təkbətək görüşü olub - FOTO
10 Dekabr 2019 Putin və Zelenski arasında görüş olub - FRANSADA
09 Dekabr 2019 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi - SƏRƏNCAM
09 Dekabr 2019 Daha bir erməni təxribatı: Türkiyənin 20 şəhərinə göz dikdilər
09 Dekabr 2019 Azərbaycan Sankt-Peterburqda keçiriləcək foruma dəvət olunub
06 Dekabr 2019 İlham Əliyev: TRACECA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
06 Dekabr 2019 Prezident: "İnsanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur"
05 Dekabr 2019 Parlamentə növbədənkənar seçkilərin vaxtı bilindi - Prezidentdən sərəncam
05 Dekabr 2019 Fuad Muradov: Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilə bilər
04 Dekabr 2019 Türkiyə Xarici İşlər Nazirliyi Paşinyana cavab verib
04 Dekabr 2019 Parlament fəaliyyət göstərsə də, iclaslara yığışmayacaq - RƏSMİ
03 Dekabr 2019 Prezident İlham Əliyev daha bir məmuru işdən çıxardı
03 Dekabr 2019 İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO
02 Dekabr 2019 Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı
02 Dekabr 2019 Mirşahin Cümşüdün müdafiəsinə qalxdı: "Guya Qarabağda döyüşən qadınları təhqir edib"- VİDEO
02 Dekabr 2019 Rusiyanın XİN rəhbəri Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
29 Noyabr 2019 Anar Ələkbərov Prezidentin köməkçisi oldu
29 Noyabr 2019 Ərdoğan NATO zirvəsində “Avropa üçlüyü”ndən vəsait tələb edəcək
28 Noyabr 2019 YAP Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət göndərib
27 Noyabr 2019 Əli Kərimlinin milyonları necə mənimsədiyi ifşa olundu - VİDEO