b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_iran_flag.jpg

İranın Azərbaycandakı səfirliyi İran dövləti adından Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış “Şəbahəng” adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə minnətdarlığını bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada vurğulanıb.

“Bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni zamanda, Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.

İran İslam Respublikasının səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Xatırladaq ki, iyulun 26-da İrana məxsus yük gəmisi Azərbaycanın sərhəd sularında qəzaya uğramışdı. Dövlət Sərhəd Xidməti əməkdaşlarının işə cəlb olunması ilə batan gəminin doqquz nəfərdən ibarət ekipajı tam heyətlə xilas edilib.

16 Avqust 2019 Prezident İlham Əliyev Elçin Quliyevlə bağlı sərəncam imzaladı
16 Avqust 2019 Prezident İlham Əliyev onlara rütbə verdi - SƏRƏNCAM
15 Avqust 2019 Xanlar Fətiyev: “YAP hər bir seçkiyə olduğu kimi bələdiyyə seçkilərinə çox böyük əzmlə hazırlaşır”
15 Avqust 2019 Azərbaycan Rusiyaya nota verib
14 Avqust 2019 Ermənistan XİN-dən daha bir - TƏXRİBAT
14 Avqust 2019 Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
09 Avqust 2019 Ərdoğanın Bakıya səfər tarixi bilindi
09 Avqust 2019 Almazbek Atambayev istintaq təcridxanasına yerləşdirlib
08 Avqust 2019 Rusiya Azərbaycanın qəzaya uğramış MiQ-29 təyyarəsi ilə bağlı AÇIQLAMA VERDİ
07 Avqust 2019 Türkiyə ilə Rusiya arasında viza qaldırıldı
07 Avqust 2019 Prezident və xanımı Pirallahıda - FOTO
06 Avqust 2019 XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
06 Avqust 2019 ABŞ-dan Türkiyəyə müharibə XƏBƏRDARLIĞI
05 Avqust 2019 “Prezidentin məqsədi əhalinin daha yaxşı yaşamasını təmin etməkdir” – Ramin Əhmədov
03 Avqust 2019 Trampla Putin səfir məsələsini müzakirə etdilər
02 Avqust 2019 David Usupaşvili: “Azərbaycanla münasibətlərimizi korlasaq, hər şeyimizi itirəcəyik”
02 Avqust 2019 Rəsmi Moskvadan raketlərlə bağlı sərt bəyanat
30 İyul 2019 ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər - VİDEO
29 İyul 2019 İran Pompeonun Tehrana gəlmək təklifini rədd edib
27 İyul 2019 Keçmiş nazir oğlundan imtina etdi: Dost-tanışdan üzr istəyirəm