b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_qudret_quliyev.jpg

Azərbaycanın sabiq Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib.

Missiya.Az xəbər verir ki, bu barədə keçmiş nazir sosial şəbəkədə bəyanat yayıb.

Q.Quliyev qeyd edib ki, onu bu addımı atmağa ABŞ-a köçmüş oğlu Murad Quliyevin (Mone Guliyev) “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibə vadar edib.

Keçmiş nazir müraciətində bildirib ki, oğlu Murad Quliyevin sosial şəbəkədə çıxışları ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb:

“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spekulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq məcburiyyətində qalmışam. Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətimlə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram.

Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dividendlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı və bu oyunların fərqində olduğumu bəyan edirəm!

Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.

Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.



b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_nazir_kecmis.jpg
16 Avqust 2019 Prezident İlham Əliyev Elçin Quliyevlə bağlı sərəncam imzaladı
16 Avqust 2019 Prezident İlham Əliyev onlara rütbə verdi - SƏRƏNCAM
15 Avqust 2019 Xanlar Fətiyev: “YAP hər bir seçkiyə olduğu kimi bələdiyyə seçkilərinə çox böyük əzmlə hazırlaşır”
15 Avqust 2019 Azərbaycan Rusiyaya nota verib
14 Avqust 2019 Ermənistan XİN-dən daha bir - TƏXRİBAT
14 Avqust 2019 Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
09 Avqust 2019 Ərdoğanın Bakıya səfər tarixi bilindi
09 Avqust 2019 Almazbek Atambayev istintaq təcridxanasına yerləşdirlib
08 Avqust 2019 Rusiya Azərbaycanın qəzaya uğramış MiQ-29 təyyarəsi ilə bağlı AÇIQLAMA VERDİ
07 Avqust 2019 Türkiyə ilə Rusiya arasında viza qaldırıldı
07 Avqust 2019 Prezident və xanımı Pirallahıda - FOTO
06 Avqust 2019 XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
06 Avqust 2019 ABŞ-dan Türkiyəyə müharibə XƏBƏRDARLIĞI
05 Avqust 2019 “Prezidentin məqsədi əhalinin daha yaxşı yaşamasını təmin etməkdir” – Ramin Əhmədov
03 Avqust 2019 Trampla Putin səfir məsələsini müzakirə etdilər
02 Avqust 2019 David Usupaşvili: “Azərbaycanla münasibətlərimizi korlasaq, hər şeyimizi itirəcəyik”
02 Avqust 2019 Rəsmi Moskvadan raketlərlə bağlı sərt bəyanat
30 İyul 2019 ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər - VİDEO
30 İyul 2019 İrandan Azərbaycana təşəkkür: Bu addım qardaşlıq simvolu sayılır
29 İyul 2019 İran Pompeonun Tehrana gəlmək təklifini rədd edib