Kesikcidag.jpg

İyulun 15-də Gürcüstan öz ərazisində "Keşikçidağ" mağara-məbəd-kompleksinə girişi məhdudlaşdırıb.

Missiya.Az xəbər verir ki, turist qruplarını monastr kompleksinə aparan bələdçilər "David Qareci"nin bəzi obyektlərinə girişlə bağlı problemin olduğunu bildiriblər, "Kafkazskiy uzel" yazır. Bələdçi İrakli Marukaşvilinin sözlərinə görə, bu gün turistlər Voskreseniya məbədi və Çiçxituri qülləsinə gedə bilməyiblər.

"Bu gün biz qalxdıq Lavraya baxdıq. Yamaca keçmək istədik, indiyədək belə olmuşdu. Təəssüf ki, indi mümkün deyil. İlk metal hasarlanmanın başladığı yerə qədər qalxmaq mümkündür. Orada gürcü hərbçilər dayanırlar. Onlar dedilər ki, bizi böyük məsafəyə buraxa bilməzlər, çünki belə əmr verilib", - "İnterpressnyus" Marukaşvilinin sözlərindən sitat gətirib.

Onun məlumatına görə, azərbaycanlı sərhədçilərin məbəddən çıxardıqları ikonalar gürcü sərhədçilərə verilib.

Turan-ın məlumatına görə, bələdçilər Gürcüstan DİN-ə müraciət edərək David Qareci ətrafında danışıqlar barədə turist nümayəndələrinin məlumatlandırılmasını xahiş ediblər. Bugünkü toplantıda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyaya yol verməmək üçün monastr kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər, bələdçi Rusudan Caparidze bildirib.

"Biz ölkədə sabitliyin pozulmasında maraqlı deyilik, problem diplomatik yolla həll olunmalıdır", "Pervıy kanal" onun sözlərindən sitat gətirib.

Xatırladaq ki, iyulun 14-də Gürcüstan tərəfdən bir qrup aqressiv adam azərbaycanlı sərhədçilərə hücum edərək onları təhqir edib.

İyulun 15-də Gürcüstanın səfiri Azərbaycan XİN-ə çağırılıb və ondan açıqlama tələb edilib.

Rəsmi Bakı Gürcüstan tərəfindən insidentin araşdırılmasını və pozucuların məsuliyyətə cəlb olunmasını tələb edib. 

19 Avqust 2019 Suriya Türkiyənin hərbi karvanını bombaladı: 3 ölü, 12 yaralı
19 Avqust 2019 Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş
16 Avqust 2019 Prezident İlham Əliyev Elçin Quliyevlə bağlı sərəncam imzaladı
16 Avqust 2019 Prezident İlham Əliyev onlara rütbə verdi - SƏRƏNCAM
15 Avqust 2019 Xanlar Fətiyev: “YAP hər bir seçkiyə olduğu kimi bələdiyyə seçkilərinə çox böyük əzmlə hazırlaşır”
15 Avqust 2019 Azərbaycan Rusiyaya nota verib
14 Avqust 2019 Ermənistan XİN-dən daha bir - TƏXRİBAT
14 Avqust 2019 Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
09 Avqust 2019 Ərdoğanın Bakıya səfər tarixi bilindi
09 Avqust 2019 Almazbek Atambayev istintaq təcridxanasına yerləşdirlib
08 Avqust 2019 Rusiya Azərbaycanın qəzaya uğramış MiQ-29 təyyarəsi ilə bağlı AÇIQLAMA VERDİ
07 Avqust 2019 Türkiyə ilə Rusiya arasında viza qaldırıldı
07 Avqust 2019 Prezident və xanımı Pirallahıda - FOTO
06 Avqust 2019 XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
06 Avqust 2019 ABŞ-dan Türkiyəyə müharibə XƏBƏRDARLIĞI
05 Avqust 2019 “Prezidentin məqsədi əhalinin daha yaxşı yaşamasını təmin etməkdir” – Ramin Əhmədov
03 Avqust 2019 Trampla Putin səfir məsələsini müzakirə etdilər
02 Avqust 2019 David Usupaşvili: “Azərbaycanla münasibətlərimizi korlasaq, hər şeyimizi itirəcəyik”
02 Avqust 2019 Rəsmi Moskvadan raketlərlə bağlı sərt bəyanat
30 İyul 2019 ABŞ-da vəhşilik: müsəlman olduğu üçün döyüb öldürdülər - VİDEO