b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfdvvfdfsddfeer.jpg

Azərbaycan və Avropa Komissiyası arasında bir çox məsələlər həllini tapıb.

Missiya.Az verir ki, bunu iyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatında deyib.

İlham Əliyevin sözlərinə görə, Aİ Şurası prezidentinin bugünkü səfəri bir daha onu nümayiş etdirir ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var.

“Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığımıza dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq”.

Dövlət başçısı xatırladıb ki, ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu:

“Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Bu gün cənab Prezidentlə təkbətək görüşümüz zamanı mən ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verdim. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.

İlham Əliyev deyib ki, Azərbaycan və Avropa İttifaqı enerji təhlükəsizliyi və nəqliyyat sahələrində çox konstruktiv əməkdaşlıq edir:

“Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq”.

18 Oktyabr 2019 Əli Həsənov: "Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib"
18 Oktyabr 2019 Tramp: "Ərdoğan çox yaxşı liderdir"
17 Oktyabr 2019 DİN və Baş Prokurorluq AXCP rəhbərliyinə xəbərdarlıq etdi
17 Oktyabr 2019 "AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə böyük zərbə vurulmuşdu" - Prezidentin köməkçisi
17 Oktyabr 2019 PKK İŞİD-dən daha təhlükəlidir - Donald Tramp
16 Oktyabr 2019 Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
15 Oktyabr 2019 Trampdan Türkiyəyə qarşı sərt addım: Sanksiya tətbiq edəcək
14 Oktyabr 2019 İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14 Oktyabr 2019 “Bakıya çatanda ilk olaraq qardaşım Əliyevlə görüşəcəm” - Ərdoğan
14 Oktyabr 2019 Ərəb dövlətlərindən Ərdoğana zərbə: “İşğalçı” dedilər
13 Oktyabr 2019 Müsavat Partiyasının yeni başqanı məlum oldu – Səsvermənin NƏTİCƏLƏRİ
11 Oktyabr 2019 Rəsmi Bakı Türkiyənin anti-terror əməliyyatını dəstəklədi - BƏYANAT
11 Oktyabr 2019 Fransa Prezidenti İlham Əliyevə zəng edib dəstək istədi
10 Oktyabr 2019 Terrorçular canlarını qurtarmaq üçün bu yola əl atdılar - Türkiyə ordusu sürətlə irəliləyir - VİDEO
09 Oktyabr 2019 Rusiyalı deputat: "Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib"
09 Oktyabr 2019 İsa Qəmbər qurultayda dəstəkləyəcəyi namizədi açıqladı
09 Oktyabr 2019 “Qarabağ Azərbaycandır!” hərəkatı yaradaq - Əli Əhmədov
09 Oktyabr 2019 Müsavata Tofiq təhlükəsi və “Yurd”un KXCP planı – Kərimlinin oyunu baş tutacaqmı?
08 Oktyabr 2019 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında
08 Oktyabr 2019 Əli Əsədov: Qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm