b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1559639673_410884220.jpg
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
Missiya.Az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir:
 
"Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!
 
Dünya müsəlmanlarının əziz günü -- mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
 
Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Qoy Islam dininə ehtiramını nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.
 
Mərhəmət, savab və ülfət ayı olan Ramazan bəşər övladına dözüm, xeyirxahlıq və yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.
 
Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.
 
Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, dövlətçilik tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.
 
Bir daha əziz bayram - Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.
 
Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMIN!
 
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"
25 İyun 2019 Ərdoğan: İstanbulluların qərarının başımız üstündə yeri var
25 İyun 2019 Gürcüstan parlamentində əlbəyaxa dava - VİDEO
25 İyun 2019 Əflatun Amaşov: Azərbaycan mətbuatının patriarxını itirdik
24 İyun 2019 Avropa Məhkəməsi bu il mövqeyini açıqlayacaq: azərbaycanlı girovlarla bağlı
24 İyun 2019 Tbilisidə kütləvi etiraz aksiyaları dayandırılıb
22 İyun 2019 Trampdan İranla bağlı açıqlama: “General dedi ki, 150 nəfər öləcək”
21 İyun 2019 Gürcüstan parlamentinin sədri istefa verdi
21 İyun 2019 Gürcüstanda "demokratik" hakimiyyət qan tökdü - Aksiya dağıdılıb - VİDEO
21 İyun 2019 Tramp İrana zərbə endirmək əmri verib, sonra geri götürüb
20 İyun 2019 Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə etdi
19 İyun 2019 Rusiyalı ekspert: Azərbaycan sosial müdafiəni gücləndirməkdə bizi üstələyib
19 İyun 2019 "Prezidentin bu sərəncamları sosial sahədəki inqilabi addımların davamıdır" - Xanlar Fətiyev
19 İyun 2019 Boltondan Qarabağ bəyanatı: ABŞ hazırdır
18 İyun 2019 Kremldən Zelenskiyə cavab: “Putinlə yox, donbaslılarla danışmaq lazımdır”
18 İyun 2019 Zakir Həsənov: “Tonoyanla Kardaşyan eyni şeydir”
17 İyun 2019 Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə
17 İyun 2019 Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi
15 İyun 2019 Britaniya da İranı tankerlərə hücumda ittiham etdi
14 İyun 2019 Oman dənizində gəminin necə vurulduğu məlum oldu - DETALLAR
14 İyun 2019 DSX hərbçilərinin bir xidmət ili iki xidmət ili kimi hesablanacaq