b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1552555897_1552555226.ppp.jpg
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Ağsuya səfəri zamanı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olub. Bu zaman nənə ölkə başçısından valideynlərini itirmiş gənclə bağlı xahiş edib. Qadın bildirib ki, 29 yaşı olan Zamanov Murad Adil oğlunun bir gözü tam görmür, digər gözü isə çox zəifdir.
 
Həcər Zamanova qeyd edib ki, gənc təcili əməliyyat olunmalıdır. Prezident Həcər Zamanovanın bu xahişinin qeydə alınması və gəncin əməliyyat olunması ilə bağlı tapşırıq verib və  bildirib ki, lazım gələrsə gənc oğlan müalicə üçün xarici ölkəyə göndəriləcək. 
 
Həcər Zamanovanın nəvəsi 1990-cı il təvəllüdlü Zamanov Murad Adil oğlu bu gün müalicə almaq üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə yola salınacaq.
 
M.Zamanov  Unikal.org-a açıqlamasında bildirib ki, bu gün saat 13:30-da İstanbula yola düşəcək:
 
"Cənab prezidentimiz İlham Əliyevin göstərişindən sonra Heydər Əliyev Fondu məni ölkəmizdə bir çox nüfuzlu özəl klinikalarda və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçirdilər. Qərara alındı ki, müalicəm Türkiyədə davam etdirilsin. İstanbulun ən tanınmış özəl klinikalardan birində müayinə olunacam. Onda sonra səhhətimdə yaranan problemin aradan qaldırılacağına əminəm. Mən yüksək səviyyəli diqqətə və qayğıya görə bir vətəndaş kimi cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fondu mənim qısa zamanda sağlığıma qovuşmağım üçün hər cür köməklik göstərir".
19 Aprel 2019 Keçmiş ReAL üzvü: "İlqar Məmmədov İlham Əliyevi dəstəkləsin" -
19 Aprel 2019 Prezident Pirallahıda yolların yenidən qurulmasına pul ayırdı
19 Aprel 2019 Ərdoğandan çağırış: Seçki mübahisələrini geridə qoyaq
18 Aprel 2019 Prezident bu şəxslərin maaşını artırdı - SƏRƏNCAM
18 Aprel 2019 Əkrəm İmamoğlu bələdiyyə sədri kimi ilk çıxışını etdi - VİDEO
17 Aprel 2019 Prezidentdən icra başçısı ilə bağlı - SƏRƏNCAM
17 Aprel 2019 İlham Əliyev hakimi işdən çıxardı - Qanunu dəfələrlə pozub
17 Aprel 2019 Sergey Lavrov Məmmədyarov və Mnatsakanyanın görüşündən danışdı
17 Aprel 2019 Putin Vahid Ələkbərovla görüşdü
16 Aprel 2019 Müdafiə naziri: Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verilir
16 Aprel 2019 İlham Əliyev: Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim
15 Aprel 2019 Çavuşoğlu: Məhv etdiyimiz terrorçular arasında ermənilər də var
15 Aprel 2019 Lukaşenko: Ərdoğan mənə “qardaş” deyir
15 Aprel 2019 İlham Əliyev sərəncam imzaladı - Qanuna dəyişiklik olunur
15 Aprel 2019 Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb - VİDEO
15 Aprel 2019 Nazarbayev Koçaryana məktub yazdı - GÖZLƏNİLMƏZ ADDIM
13 Aprel 2019 Kim Çen In ABŞ-a fikirləşməyə vaxt verdi
12 Aprel 2019 Prezident fərman imzaladı
12 Aprel 2019 Əli Həsənov: "Azərbaycan və Böyük Britaniya arasında münasibətlər Avropa ölkələri üçün bir nümunədir"
12 Aprel 2019 Bakıda Rusiya Mədəniyyəti Günləri başlayıb