b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15523374745537157647_1000x669.jpg
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Fransanın Baş naziri Eduard Filip Matinyon sarayında qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransanın Baş naziri Eduard Filipin təkbətək görüşü olub.

Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalayıblar.

“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar.

“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıblar.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1552337474409773675_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15523374746156224090_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15523374741387850626_1000x669.jpg
 
23 Mart 2019 Ərdoğan od püskürdü: "Əsla izn verməyəcəyik, oradakı türkmən qardaşlarımız..."
22 Mart 2019 Tramp ərəb dünyasını qəzəbləndirəcək addım atmağa hazırlaşır
19 Mart 2019 Ceyhun Salmanov yüksək vəzifəyə təyin edildi - SƏRƏNCAM
19 Mart 2019 Əli Əhmədov: Görünür, Əli İnsanov islah olunmayıb
19 Mart 2019 İlham Əliyev və xanımı "Tarqovı" və "İçəri Şəhər"də - VİDEO
19 Mart 2019 Putin Ərdoğanı Krıma dəvət edib
15 Mart 2019 PA rəsmisi: "Çoxmənzilli binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil edilmir"
15 Mart 2019 Gürcüstan prezidenti Yerevanda Azərbaycan torpaqlarının işğalından danışdı
14 Mart 2019 Prezident nənəsinin xahiş etdiyi əlil gənci Türkiyəyə göndərdi
13 Mart 2019 Mehriban Əliyeva Roma Papasına məktub ünvanlayıb
11 Mart 2019 Prezident BDU-ya yeni rektor təyin etdi
11 Mart 2019 Prezident İlham Əliyev göstəriş verdi
09 Mart 2019 Prezident İlham Əliyev Həsən Ruhanini Azərbaycana dəvət edib
09 Mart 2019 Dövlət qulluqçularının aylıq vəzifə maaşı artırıldı - SƏRƏNCAM
08 Mart 2019 Azərbaycan prezidenti Rusiya Yəhudi Konqresinin rəhbərini qəbul etdi
07 Mart 2019 İlham Əliyevdən ipoteka krediti ilə bağlı MÜHÜM FƏRMAN
07 Mart 2019 Prezident bu rayonlara 11 milyon ayırdı - Sərəncam
07 Mart 2019 Putin Mehriban Əliyevanı təbrik etdi
05 Mart 2019 İlham Əliyev: "Ermənistan danışıqlar prosesini pozmağa çalışır"
05 Mart 2019 ABŞ Türkiyəyə qarşı sərt qərar verib