b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_thumbs_b_c_ab197ada52bf2ab1844b80924c4519f5.jpg

Ankara ABŞ-ın zenit raket kompleksi “Patriot”u almaq haqqında düşünə bilər, lakin Vaşinqtonun öz tələblərini irəli sürməyə davam edəcəyi təqdirdə bu, mümkün olmayacaq.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlüt Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiyanın S-400 zenit raket sistemlərinin alınması ilə əlaqədar Birləşmiş Ştatların hər hansı bir tələbini qəbul etmir.

Yanvarın 5-də bildirilmişdi ki, ABŞ nümayəndələri Türkiyənin XİN və Müdafiə Nazirliyinə “Patriot”un alınması müqabilində S-400-lərin sifarişindən imtina etmək şərtini irəli sürüb.

Bununla belə, amerikalıların təklifinə nə endirim güzəşti, nə də texnologiyaların təhvil verilməsi daxildir.

Moskva və Ankara Türkiyəyə S-400-lərin satılması barədə sazişi 2017-ci ilin sentyabrında imzalayıblar. Saziş bu sistemlərlə təchiz edilmiş dörd divizionun satışını nəzərdə tutur. Sazişin məbləği 2,5 milyard dollar təşkil edir və dəyərin yarıdan çoxu Rusiya krediti ilə ödəniləcək. Türkiyə tərəfi komplekslərin alınması qərarından imtina etməyəcəyini dəfələrlə açıqlayıb.

ABŞ və NATO-nun digər üzvləri Ankaranın Rusiyanın zenit raket komplekslərini almasına qarşı çıxırlar. Qərar Vaşinqtonun narazılığına səbəb olub. Belə ki, Türkiyə NATO üzvüdür və alyansın bütün silah sistemləri vahid standart əsasında çalışmalıdır.

Vaşinqton Ankaranı sanksiyalarla hədələyir.

 
17 Yanvar 2019 Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
16 Yanvar 2019 Rusiya prezidentinə qarşı sui-qəsd cəhdi
16 Yanvar 2019 Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında - FOTOLAR
15 Yanvar 2019 İlham Əliyev "MİDA” ilə bağlı fərman imzaladı
15 Yanvar 2019 Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək
14 Yanvar 2019 “5 milyon insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir” - Prezident
14 Yanvar 2019 Ankaradan Trampa cavab: “Ölümcül səhv edirsiniz!”
14 Yanvar 2019 Yararsız adamların qəzeti və ya sadəcə “Alçaqlıq təşkilatı”
11 Yanvar 2019 Rusiyada erməniləri təbrik edən azərbaycanlıya rəsmi REAKSİYA
10 Yanvar 2019 Prezident “Tufan” tipli sərhəd gözətçi gəmisində - FOTOLAR
10 Yanvar 2019 “Mən həmişə demişəm ki, açın buraxın bunları” - Siyavuş Novruzov
10 Yanvar 2019 Ərdoğan: Polietilen paketlərə müharibə elan edirik
10 Yanvar 2019 Azərbaycanlı sülməramlılar Cənubi Sudana yollanacaq
09 Yanvar 2019 "Putin NATO-ya "soyuq müharibə"nin hədiyyəsidir" - General
09 Yanvar 2019 İrandan Avropa İttifaqına ağır ittiham
08 Yanvar 2019 Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı ilk məhkəmə prosesi başladı
08 Yanvar 2019 Ərdoğan və Putin yanvar ayında Rusiyada görüşəcəklər
08 Yanvar 2019 Türkiyə prezidentinə ağır itki
07 Yanvar 2019 Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
07 Yanvar 2019 Yanvarın 21-i iş günüdür?