b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_n59.jpg

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ordusu qarşısında qoyduğu tapşırıqları rəhbər heyətə çatdıran müdafiə naziri bundan irəli gələn məsələlərin qoşunlarda vaxtında və daha keyfiyyətli icrasını təmin etmək barədə konkret göstəriş verib.

Müdafiə naziri keçiriləcək komanda-qərargah hərb oyunlarında əsas diqqətin ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi və qarşılıqlı fəaliyyətin düzgün təşkilinə yönəldilməsini tapşırıb.

Cəbhə xəttindəki vəziyyətə toxunan general-polkovnik Z.Həsənov qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə, nizam-intizama, döyüş növbətçiliyinin təşkili və aparılmasında sayıqlığının artırılmasına, eləcə də, qış mövsümünə hazırlıq işlərinin yekunlaşdırlmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə şəxsi heyəti təbrik edən Müdafiə naziri bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də, andiçmə mərasimlərinin yüksək səviyyədə təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

22 Yanvar 2019 Aydın Mirzəzadə: "Onların planı puça çıxdı"
22 Yanvar 2019 Mehman Hüseynova açılan cinayət işinə xitam verildi - Azadlığa çıxacaq
21 Yanvar 2019 Ərdoğanla Tramp razılaşdı: Suriyanın sonrakı taleyi necə olacaq?
18 Yanvar 2019 İlham Əliyev Davos forumunda çıxış edəcək
17 Yanvar 2019 Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
16 Yanvar 2019 Rusiya prezidentinə qarşı sui-qəsd cəhdi
16 Yanvar 2019 Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında - FOTOLAR
15 Yanvar 2019 İlham Əliyev "MİDA” ilə bağlı fərman imzaladı
15 Yanvar 2019 Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək
14 Yanvar 2019 “5 milyon insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir” - Prezident
14 Yanvar 2019 Ankaradan Trampa cavab: “Ölümcül səhv edirsiniz!”
14 Yanvar 2019 Yararsız adamların qəzeti və ya sadəcə “Alçaqlıq təşkilatı”
11 Yanvar 2019 Rusiyada erməniləri təbrik edən azərbaycanlıya rəsmi REAKSİYA
10 Yanvar 2019 Türkiyə ABŞ-ın tələbinə tabe olmaqdan imtina edib
10 Yanvar 2019 Prezident “Tufan” tipli sərhəd gözətçi gəmisində - FOTOLAR
10 Yanvar 2019 “Mən həmişə demişəm ki, açın buraxın bunları” - Siyavuş Novruzov
10 Yanvar 2019 Ərdoğan: Polietilen paketlərə müharibə elan edirik
10 Yanvar 2019 Azərbaycanlı sülməramlılar Cənubi Sudana yollanacaq
09 Yanvar 2019 "Putin NATO-ya "soyuq müharibə"nin hədiyyəsidir" - General
09 Yanvar 2019 İrandan Avropa İttifaqına ağır ittiham