b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_n47.jpg

Vatikanla Azərbaycan arasında sıx dostluq münasibətləri formalaşıb. Bu münasibətlər xüsusən humanitar sahədə fəal inkişaf edir.

Missiya.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete deyib.

Yepiskop bildirib ki, Azərbaycan hökuməti humanitar əməkdaşlıq çərçivəsində Vatikana qədim katakombaların bərpasında kömək edib. Bu da iki dövlət arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Qeyd edək ki, bərpasına 2012-ci ildə başlanılan Marçellino və Pyetro katakombalarının açılışı 2016-cı ilin fevralında Vatikanda, San Sebastian katakombalarının (bərpa işlərinə 2016-cı ildə başlanılmışdı) açılışı isə 2018-ci ilin sentyabrında olub.

V.Fekete vurğulayıb ki, qarşılıqlı humanitar fəaliyyət Müqəddəs Taxt-Tac və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın böyük spektrini nəzərdə tutur:

“Vatikan arxivlərində Azərbaycana aid çox qədim sənədlər, məktub və materiallar aşkar edilib və iki ölkənin hökumətləri səviyyəsində bu maraqlı sənədlərin Bakıda Azərbaycan ictimaiyyətinə geniş şəkildə təqdim olunacağı sərginin keçirilməsi imkanları müzakirə olunur. Hazırda bu məsələ Vatikan və Azərbaycan hökumətləri diqqət mərkəzindədir”.

Katolik icmasının rəhbəri xatırladıb ki, Vatikan müstəqil Azərbaycan Respublikasını tanıyan ilk ölkələr sırasındadır:

“İlk dövrdən Müqəddəs Taxt-Tac və Azərbaycan arasında yüksək səviyyəli etibarlı münasibətlər yaranıb və bu gün də davam edir. Hesab edirəm ki, 2011-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” saziş ikitərəfli əlaqələri daha da möhkəmləndirib”.

20 Noyabr 2018 Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
20 Noyabr 2018 Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək
19 Noyabr 2018 Lukaşenko: Azərbaycanla hərbi sahədə yaxşı münasibətlərimiz var
19 Noyabr 2018 Belarus Azərbaycana hərbi texnika tədarük edəcək
19 Noyabr 2018 Əli Kərimli-İlqar Məmmədov savaşı davam edir - AXCP sədri süni “reytinq” üçün çalışır
19 Noyabr 2018 Baş nazirin müavini: Ermənilər torpaqlarımızda narkotik becərir
19 Noyabr 2018 İlham Əliyev Belarusa getdi - YENİLƏNİB - FOTOLAR
17 Noyabr 2018 Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
17 Noyabr 2018 KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır
17 Noyabr 2018 Tramp Ərdoğanla Kaşıkçı məsələsini müzakirə etdi
16 Noyabr 2018 İlham Əliyevin Belarusa səfərinin tarixi açıqlandı
16 Noyabr 2018 İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi
16 Noyabr 2018 Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib
16 Noyabr 2018 Qənirə Paşayeva şəhid ailələrinin problemləri ilə bağlı qurumlara çağırış etdi
16 Noyabr 2018 İsrail Azərbaycana yeni səfir təyin edib
15 Noyabr 2018 İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib
15 Noyabr 2018 Prezident Bakı şəhərinə mer təyin etdi - SON DƏQİQƏ
15 Noyabr 2018 Prezident Dövlət Himninin musiqisi və mətnini təsdiqləyib
14 Noyabr 2018 İlham Əliyev Fələstin prezidentinə məktub ünvanladı
14 Noyabr 2018 Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif